Rusiyalı nazir iqtisadi itkilərdən danışdı
Tarix: 30.01.2015 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Rusiyanın maliyyə naziri Anton Siluanov neftin qiymətinin düşməsi və Qərbin sanksiyaları nəticəsində ölkə iqtisadiyyatının məruz qaldığı itkilərin 200 milyard dollar həcmində olduğunu bəyan edib.
A. Siluanov CNBC telekanalına müsahibəsində neftin qiymətlərinin və sanksiyaların birgə təsiri nəticəsində Rusiya iqtisadiyyatının 200 milyard dollara yaxın, hətta daha çox itkiyə məruz qaldığını bildirib.
Nazir deyib ki, ən neqativ təsiri neftin qiymətinin azalması göstərib və bu faktor tənəzzülün əsas hərəkətverici qüvvəsi olub, sanksiyalar nəticəsində yaranan maliyyə defisiti isə 40-50 milyard dollar təşkil edib: “Tətbiq olunmuş sanksiyalar doğrudan da bizə mənfi təsir göstərib. Lakin Rusiya şirkətləri bu vəziyyətə uyğunlaşa biliblər, ölkəni tədiyyə balansına isə korrektələr edilib. Rubl zəifləyib, ancaq gördüyünüz kimi, həyat davam edir və biz də yaşamağa davam edirik”.
Xatırladaq ki, yanvarın 29-da Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların müddətinin daha 6 ay uzadılması barədə qərar qəbul edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info