Xocalı soyqırımı Macarıstan mediasının gündəmində
Tarix: 30.01.2015 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Macarıstanın nüfuzlu "İndex.hu" saytı Budapeştdə keçirilən “Xocalı soyqırımına beynəlxalq hüquqi baxış və qondarma erməni iddiaları” adlı konfransdan yazıb. Qeyd edək ki, bu tədbir Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyi, Macarıstan-Azərbaycan qardaşlıq Cəmiyyətinin təşkilatçılığı və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə keçirilib. Konfransda Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov və macar jurnalisti Borbala Obruzanskinin birgə müəllifliyi ilə çap olunan "Qafqazın parlayan ulduzu-Azərbaycan" kitabının təqdimatı olub.
Nyilas Gergelyin müəllifi olduğu yazıda macar jurnalisti Borbala Obruzanskinin Azərbaycanla bağlı fikirləri yer alıb. Yazıda həmçinin Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov və digərlərinin çıxışı qeyd olunub. Xəbərdə Azərbaycan-Macarıstan münasibətlərindən danışılır, Xocalı soyqırımının bəşəriyyət tarixində insanlığa vurulmuş ən dəhşətli zərbə olduğu bildirilir. Həmçinin qondarma erməni soyqırımının ifşa olunması üçün diplomatlar, elm adamları, ziyalıların ciddi fəaliyyət göstərməsi vurğulanır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info