“Dədə Qorqud“ dünya çapında müxtəlif xalqlar üçün psixoetnik hadisədir”
Tarix: 30.01.2015 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


"Dədə Qorqud" dastanı təkcə türk xalqlarının abidəsi sayıla bilməz”. Bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un “Təpəgöz” boyunun alman şərqşünası, türkoloq, diplomat Fridrix fon Dits tərəfindən tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunmuş "Kitabi-Dədə Qorqud və Fridrix fon Dits – 200" beynəlxalq kollokviumunun açılışında deyib.
K.Abdulla bildirib ki, bu kollokvium dərin intellektual məzmuna malik hadisədir: "İlk dəfədir ki, Dədə Qorqud adı altında Azərbaycanın müxtəlif konfessiyalarının nümayəndələri bir yerdə toplaşıblar. Bu, bir daha göstərir ki, "Dədə Qorqud" dastanı təkcə türk xalqlarının abidəsi sayıla bilməz. "Dədə Qorqud" bir məkanla məhdudlaşan abidə deyil, dünya çapında müxtəlif xalqlar üçün psixoetnik hadisədir. Onu elmi müstəviyə çıxaran alimlər isə türkologiya və germanistikanın yaxınlaşmasını təmin etdilər".
Onun sözlərinə görə, dastanın “Təpəgöz” boyunun 1815-ci ildə elmi müstəviyə çıxarılmasının 200-cü ildönümü ilə əlaqədar tədbirlərin ölkə daxilində və xaricdə ilboyu keçirilməsi nəzərdə tutulur. “Kitabi-Dədə Qorqud” dastanının dünyaya tanıdılması Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, multikultural əhvalının beynəlxalq aləmdə təqdimi formalarından biridir.
“Kitabi-Dədə Qorqud” dastanının həm ölkə daxilində, həm də xaricdə hərtərəfli tanıdılması məqsədilə elm adamlarının verdikləri təkliflər əsasında hazırlanan proqram kollokviumun əsas müzakirə mövzusudur. 50-dən çox yerli və xarici elm adamlarının, mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq kollokviumda “Kitabi-Dədə Qorqud” dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret proqramı müəyyənləşdiriləcək, kollokvium üzvlərinin ümumi rəyi əsasında qərar qəbul olunacaq. Beynəlxalq ollokviumun üzvləri yerli və xarici elm adamlarıdır.
Kollokviumda çıxış edənlər qeyd ediblər ki, "Dədə Qorqud" dastanın araşdırılması dünya elminə veriləcək böyük töhfə olacaq.
İki gün davam edəcək beynəlxalq kollokviumda Azərbaycanla yanaşı, Rusiyadan, Türkiyədən, Gürcüstandan, Qazaxıstandan, İtaliyadan məşhur qorqudşünaslar, türkoloqlar, nəşriyyat rəhbərləri, araşdırmaçılar təmsil olunurlar. Tədbirdə Azərbaycanın milli və dini icmalarının nümayəndələri - xristian, katolik, udin, alman, yəhudi və başqa icmaların rəhbər şəxsləri iştirak edirlər. Kollokviumun fərqli cəhətlərindən biri ondan ibarətdir ki, müzakirələrə filoloqlarla yanaşı, riyaziyyatçılar, fiziklər, geoloqlar, türkoloqlar, bir sözlə, müxtəlif sahələrin elm adamları qatılıblar. Müzakirələr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universitetində keçiriləcək.
Tədbirdə həmçinin qeyd edilib ki, “Kitabi-Dədə Qorqud” dastanının geniş təbliği, təşviqi, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi, o cümlədən öyrədilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1950-ci ildə pantürkizmi təbliğ edən ideologiyanın daşıyıcısı kimi yasaqlanmış "Kitabi-Dədə Qorqud" 1957-ci ildə yenidən tədqiqata cəlb olunub. 1975-ci ildə Heydər Əliyevin tapşırığına əsasən, “Dədə Qorqud” bədii filmi çəkilib. Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında Fərman və 1999-cu il fevralın 21-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” Sərəncam imzalayıb. Növbəti Fərman isə 2000-ci ildə “Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması” haqqında verilib.
Prezident İlham Əliyev də bu ənənəni əzmlə davam etdirib. Dövlət başçısı 2007-ci ildə “Dədə Qorqud heykəli və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə Sərəncam imzalayıb.
2013-cü ildə Dədə Qorqud parkı salınıb və “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılıb. Abidənin açılış mərasimində Prezident İlham Əliyev dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan bu əsərdə xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunub. Həmin il Prezident İlham Əliyev "Dədə Qorqud" dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi ilə bağlı sərəncam imzalayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info