Heyvandarlıq məhsullarının istehsalında artım dinamikası saxlanılıb
Tarix: 30.01.2015 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Ötən il respublikada heyvandarlıq sahəsinin modernləşdirilməsi, müxtəlif həcmli təsərrüfatlarda məhsul istehsalı səviyyəsinin və seleksiya-damazlıq işlərinin inkişaf etdirilməsi üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi və müxtəlif donorların köməyi ilə layihələrin həyata keçirilməsi təmin edilib. 2014-cü ildə ölkə üzrə heyvandarlıq məhsullarının istehsalında artım dinamikası saxlanılmış və əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yerli heyvan cinslərinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Azərbaycanda reallaşdırılan layihə çərçivəsində nazirliyin mütəxəssisləri 2014-cü ilin mayında Türkiyədə və sentyabr ayında Tacikistanda keçirilən beynəlxalq seminarlarda iştirak ediblər. Heyvan Genetik Ehtiyatlarının daha da inkişaf etdirilməsi məqsədilə Milli Strategiya və Fəaliyyət Planı hazırlanıb. FAO və Türkiyənin əməkdaşlıq proqramı çərçivəsində İmişli rayonunda süd qəbulu məntəqəsi tikilərək istifadəyə verilib. Burada heyvandarlıqla məşğul olan sahibkarlardan süd qəbul edilərək soyudulur və emal müəssisələrinə göndərilir. Müvafiq layihə çərçivəsində fermer assosiasiyasının üzvləri tərəfindən yeni təcrübə kimi 3 hektar sahədə sudan-sorqo otunun və 7 hektar sahədə silosluq qarğıdalının nümayiş sahəsi yaradılıb. Rayonun fermerləri əkdikləri sudan-sorqo otundan yüksək məhsul götürərək təsərrüfatlarında olan sağmal inəkləri həm yaşıl yem, həm də quru ot ilə təmin ediblər. Nəticədə inəklərdən sağılan südün həcmi 20-25 faiz artıb.
İmişli rayonunun bir sıra kəndlərində toplanmış qarğıdalıdan fermerlərin həyətində yerüstü formada silos hazırlamaq texnologiyası tətbiq olunaraq heyvanların yem rasionuna daxil edilib. Torpaq üstündə polietilen plyonka altında kiçik həcmdə qarğıdalıdan silos hazırlanması texnologiyası rayonun fermerləri arasında nümayiş etdirilib, iqtisadi göstəriciləri təhlil edilib və müsbət nəticələr müşahidə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info