Elman Rüstəmov İranın iqtisadi məsələlər və maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Tarix: 30.01.2015 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
AMB-dən verilən məlumata görə, görüş zamanı iki ölkənin bank sistemləri, o cümlədən mərkəzi bankları arasında əlaqələrin mövcud vəziyyəti, eləcə də gələcək inkişaf perspektivləri müzakirə edilmişdir.
Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkələr arasında iqtisadi, o cümlədən bank sahəsində əlaqələrdən danışaraq hər iki ölkənin mərkəzi bankları və bütövlükdə bank sektorları arasında gələcək əməkdaşlığın əhəmiyyətini vurğuladı. E.Rüstəmov Azərbaycan iqtisadiyyatının, o cümlədən maliyyə-bank sektorunun sabit və davamlı inkişafı barədə ətraflı məlumatı nümayəndə heyətinin diqqətinə çatdırdı.
İran iqtisadi məsələlər və maliyyə naziri Ə. Tayebnia isə öz çıxışında İranın ölkəmizlə, xüsusilə Mərkəzi Bankla əməkdaşlıqdan məmnun olduğunu bildirdi və ölkələrimizin birgə əməkdaşlıq imkanlarının genişlənəcəyinə ümidvar olduğunu qeyd etdi.
Görüşdə həmçinin İran və Azərbaycan arasında iqtisadi əlaqələr, o cümlədən bank sistemləri üzrə çoxşaxəli münasibətlərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminlik vurğulandı.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info