UNCTAD: “Azərbaycana sərmayə axını artıb”
Tarix: 30.01.2015 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) dünyada investisiyalar haqqında yeni məruzəsi dərc olunub. Sənəddə Azərbaycana sərmayə axınının artması qeyd edilir.
2014-cü ilin birinci yarısında bütövlükdə dünya üzrə birbaşa xarici investisiyalar axını əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz azalaraq 1,26 trilyon ABŞ dollarına bərabər olub. Müəlliflərin fikrincə, bu meyil iqtisadiyyatda yaranmış qeyri-müəyyənlik və geosiyasi risklərlə, o cümlədən regional münaqişələrlə bağlıdır.
Sənədin müəllifləri qlobal investisiyalar sahəsində ən son meyilləri təhlil edir və perspektivləri qiymətləndirirlər.
Məruzədə qeyd olunur ki, keçid iqtisadiyyatı ölkələrində xarici investisiyalar axını əvvəlki ildəkinə nisbətən təqribən iki dəfə azalıb və 45 milyard ABŞ dollarına bərabər olub. UNCTAD bu azalmanı Ukraynada münaqişə, Rusiya Federasiyasına qarşı sanksiyalar və iqtisadi tənəzzül barədə proqnozlarla əlaqələndirir.
Rusiya iqtisadiyyatına xarici investisiyaların həcmi 70 faiz azalaraq təqribən 19 milyard dollara enib. İnkişaf etmiş ölkələrdəki əsas neft və qaz şirkətləri Rusiyaya sərmayə qoyuluşundan çəkinməyə başlayıb və ya əməliyyatları dayandırıblar.
Ukraynaya birbaşa xarici investisiyalar axını 0,2 milyard ABŞ dolları qədər azalıb. Qazaxıstana və Azərbaycana daxil olan birbaşa xarici investisiyaların həcmi isə əksinə, artıb.
Məruzədə qeyd edilir ki, Çin iqtisadiyyatına 128 milyard dollar vəsait cəlb edilib və beləliklə, 2014-cü ildə ən çox birbaşa xarici investisiyalar daxil olan dövlətlərin siyahısında Çin birinci yeri tutub.
Məruzə müəllifləri sənaye cəhətdən inkişaf etmiş ölkələrə sərmayə axınının 14 faiz azalmasını da göstərir və bunun əsas səbəbini ABŞ iqtisadiyyatına sərmayə qoyuluşunun zəifləməsi ilə izah edirlər.
Avropa İttifaqına birbaşa xarici investisiyaların həcmi 267 milyard ABŞ dollarına bərabər olub. Bu, 2013-cü ildəki ilə müqayisədə 13 faiz çox olsa da, 2007-ci ilin müvafiq göstəricisindən xeyli aşağıdır.
İnkişaf etməkdə olan ölkələr 2014-cü ildə öz iqtisadiyyatlarına 700 milyard ABŞ dolları cəlb ediblər. Bu, 2013-cü ildəkinə nisbətən 4 faiz çoxdur. Bütövlükdə dünya üzrə birbaşa xarici investisiyaların ümumi həcminin 56 faizi bu ölkələrin payına düşür.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info