“Tələbə ali təhsil aldığı müəssisə ilə kifayətlənməməlidir”
Tarix: 30.01.2015 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Elnur Camalov: “Ölkəmizdə savadlı iqtisadçılara ehtiyac var”

Xaricdə oxuyan tələbələrlə müsahibə silsiləsindən müsahibimiz Elnur Camalovdur.
- Öncə özünüz və aldığınız təhsillə bağlı ətraflı müəlumat verərdiniz.
- Camalov Elnur Cəmil oğlu,1992-ci ildə Yardımlı rayonunda anadan olmuşam.1999-cu ildə orta məktəbə getmişəm. 2010-cu ildə orta məktəbi bitirdikdən sonra Türkiyənin Anadolu Universitetinin İqtisad fakültəsinə daxil olmuşam. 2014-cu ildə məzun olmuşam və eyni zamanda həmin il Azərbaycan Texnologiya Universitetinin Sənayenin təşkili və idarə olunması fakültəsinə daxil olmuşam. Hal- hazırda ikinci təhsilimi burada davam etdirirəm. Universitetə daxil olduğum ildən bir sıra təşkilatlarda fəaliyyət göstərirəm. 2013-cü ildən Türkiyə Universitetləri Məzunları İctimai Birliyi Gənclər Mərkəzinin sədri olaraq bir sıra beynəlxalq və yerli layihələrdə iştirak etmişəm.
- Necə oldu ki, bu ixtisası seçdiniz?
- Məktəb illərindən bu sahəyə marağım olduğunu hiss edirdim və həmin illərdən ölkəmizin və digər dövlətlərin iqtisadiyyatı, yaşam tərzi, mədəniyyəti ilə maraqlanırdım, buna görə də ixtisas seçimimi iqtisadiyyat olaraq etmişəm.
- İxtisasınıza Azərbaycanda nə dərəcədə tələbat var?
- Mən bu suala ulu öndər Heydər Əliyevin sözü ilə cavab vermək istəyirəm: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Müharibə şəraitində olan ölkəmizdə savadlı iqtisadçılara ehtiyac var,buna görə, bu sahəyə hər bir zaman tələb yüksəkdir.
- Necə bilirsiniz, tələbə özünü inkişaf etdirmək üçün ixtisasını oxumaqdan əlavə daha nələr etməlidir?
- Müasir zamanda tələbələrimiz ali təhsil aldığı müəssisə ilə kifayətlənməməlidir,təhsil aldığı 4 il ərzində öz dil biliklərini artırmalıdır, ən azından günümüzdə ən vacib olan iki xarici dil öyrənməli, sözsüz ki kompüter biliklərini də təkmilləşdirməli və ictimai sahədə aktiv olmalıdır.
- Azərbaycanda tələbələrin təşkilatlanmasının ictimai aktivliyi ilə bağlı nələri bildirmək olar?
-Son dövrdə cənab Prezidentimiz İlham Əliyev Gənclər təşkilatları və eyni zamanda qeyri-hökümət təşkilatlarına xüsusi diqqət ayırır, hər bir gəncimiz öz layihələrini fərdi şəkildə qrantlar almaqla həyata keçirə bilərlər,bu, müasir gəncliyə çox böyük dəstəkdir.
- Azərbaycan həqiqətlərinin xaricdə yayılması üçün tələbələrin üzərinə hansı işlər düşür?
- Hal-hazirda xaricdə minlərlə gənclərimiz təhsil alır,bu baxımdan xaricdə təhsil alan gənclərimiz bu sahədə aktiv olmalıdırlar,xaricdə olduğum bir sıra ölkələrdə Azərbaycanı, dövlətimizi,mədəniyyətimizi,milli mənəvi dəyərlərimizi təbliğ etməyə çalişmışam,biz həm təşkilat, həm də xaricdə təhsil alan gənclər olaraq bir sıra işlər görmüşük.

Təhminə İsmayılova




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”
16.03.2019
“Hamı “Qarabağ”ı məğlub etmək istəyir”
07.03.2019
Krançı qadın: “Bacarıq və cəsarət varsa, hər bir qadın istənilən kranı idarə edə bilər”
01.03.2019
“Milli geyimlərimiz Beynəlxalq Moda Festivalında hər kəs tərəfindən çox bəyənildi”
28.02.2019
Ötən il Neft Fondunun mənfəət nefti və qazın satışı üzrə gəlirləri 9,8 milyard dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info