“AtaBank” “MasterCard Contactless” funksionallığının tətbiqini aktivləşdirir
Tarix: 30.01.2015 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


“AtaBank” ASC yeni "MasterCard" tipli kartlarını "MasterCard Contactless" funksionallığı ilə təmin edib. Bankın tərəfdaşlar şəbəkəsində quraşdırılmış POS-terminallar kontaktsız kartların qəbulu üzrə proqramlaşdırılıb və bu cür kartları qəbul etməyə hazırdırlar. Bu barədə “AtaBank”ın icraçı direktoru – İdarə Heyətinin üzvü Elnur Osmanov məlumat verib. Onun sözlərinə görə, “AtaBank”ın POS-terminalları “MasterCard Contactless” tipli kartları qəbul edəcək.” “AtaBank” ASC 2013-cü ildən “MasterCard Europe SPRL” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvüdür. Ölkənin ən böyük POS-terminal şəbəkəsinə malik olan “AtaBank” kontaktsız ödənişlərin qəbulu üçün tədricən bütün POS-terminal şəbəkəsində bu funksiyanı aktivləşdirir.
“Gündən-günə bütün dünyada müştərilər kontaktsız ödənişlərlə daha çox qarşılaşmağa başlayırlar. Biz “AtaBank” ASC ilə, Azərbaycanın ən böyük ekvayrinq şəbəkəsinə malik olan bank kimi, ölkədə kontaktsız ödənişlərin genişlənməsi sahəsində əməkdaşlıq etməyimizdən fəxr edirik. Biz bütün kart istifadəçilərinə, MasterCard dəstəkli kartlar və cihazlar vasitəsilə, daha geniş kontaktsız ödəniş imkanları yaratmağı planlaşdırırıq” deyərək “MasterCard”ın ölkə üzrə direktoru Hakan Acar bildirib.
Bankın emissiya etdiyi kartların sayı 26 000-ə yaxındır. Bankın bankomatlarının sayı 78, POS-terminalların sayı isə 18 567 ədəddir.
“AtaBank” ASC-nin “MasterCard” məhsulları haqqında daha ətraflı məlumat öyrənmək istəyən şəxslər www.atabank.com saytına və ya www.facebook.com/AtaBank sosial şəbəkəsinə daxil ola bilərlər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22.04.2019
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info