“Pakistan Milli Bankının Bakıda fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar danışıqlar aparılır”
Tarix: 30.01.2015 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


"Pakistan Milli Bankının Azərbaycanda fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar müvafiq danışıqlar aparılır".
Bunu Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov deyib.
“Məlum olduğu kimi, Pakistan bütün Beynəlxalq təşkilatlarda birmənalı olaraq bizim mövqeyimizi dəstəkləyir, hətta bəzi hallarda Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyəti ilə də məşğul olur. Xüsusilə, 2012-ci ilin fevralın 1-də Pakistan Senatında Xocalı soyqırımı haqqında qətnamənin qəbul edilməsi, 2013-cü ildə oktyabrın 5-də senatda Ermənistanın təcavüzkar mövqeyinin qəti şəkildə pislənməsi və Azərbaycan torpaqlarından qeyd- şərtsiz çıxmasını tələb edən növbəti qətnamənin qəbul edilməsi və ən nəhayət Ermənistanın ciddi cəhdlərinə baxmayaraq Pakistan tərəfinin işğalçı ölkə ilə diplomatik münasibətlər qurmaması Azərbaycan-Pakistan arasında mövcud olan qardaşlıq əlaqələrini daha da möhkəmləndirib. Məhz bu münasibətləri nəzərə alaraq Pakistan Milli Bankının Bakıda fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar danışıqlar aparılır. İnşallah, bu məsələ yaxın vaxtlarda Azərbaycan və Pakistanın maraqları nəzərə alınmaqla öz həllini tapacaq”, - deyə D. Şikarov vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info