Shell: “Neftin barrelinin qiyməti 110 dollara qədər qalxacaq”
Tarix: 30.01.2015 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Royal Dutch Shell 2014-cü il üçün öz hesabatını təqdim edib. Bundan başqa, yaxın illərdə kapital xərclərinin xeyli dərəcədə ixtisar ediləcəyini deyən korporasiyanın başçısı Ben van Börden uzun vədəli perspektivdə neftin qiymətinin artacağını gözlədiklərini də bildirib.
”Vestifinance.ru” saytını xəbər verir ki, Shell korporasiyasının gəliri 2014-cü ilin IV kvartalının yekunlarına görə 57 faiz aşağı düşərək 773 milyon dollar təşkil edib. Ümumilikdə isə keçən il korporasiyanın gəlirində 8 faiz geriləmə müşahidə olunub və Shell ili 15,05 milyard dollar gəlirlə başa vurub.
Dünyanın ən iri neft kompaniyalarından biri olan Royal Dutch Shell korporasiyasının hesabatında dünya bazarında neftin qiymətlərinin ucuzlaşması ilə əlaqədar 2015-2017-ci illərdə kapital xərclərinin 15 milyard dollara qədər ixtisar ediləcəyi qeyd olunub.
Bununla yanaşı, Shell korporasiyasının baş direktoru Ben van Börden kompaniyanın neftin qiymətləri ilə bağlı uzun vədəli proqnozunu da açıqlayıb. Onun sözlərinə görə, Brent markalı neftin barrelinin qiyməti 110 dollara qədər qalxacaq.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Gürcüstanda “donuz qripi” daha bir nəfərin həyatına son qoyub
21.01.2019
“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info