Bordyuja: “Siz istəyirsiniz ki, biz hərbi yolla reaksiya verək?”
Tarix: 30.01.2015 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 2014-cü il ərzində və bundan əvvəl də münaqişə zonasında baş verən gərginliklərlə bağlı dəfələrlə bəyanat yayıb. Həmin bəyanatlarda münaqişənin yalnız sülh yolu ilə həll olunmasına çağırışlar öz əksini tapıb”.
Bunu “Rossiya Seqodnya” agentliyində keçirdiyi brifinqdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib.
Ermənistan jurnalistinin bu ilin yanvar ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginliklərə KTMT-nin niyə reaksiya verməməsi ilə bağlı sualını cavablandıran baş katib bildirib ki, həm 2014-cü ildə, həm də ondan əvvəlki illərdə münaqişə zonasında baş verən gərginliklərlə əlaqədar KTMT, o cümlədən Rusiya XİN tərəfindən bəyanatlar verilib: “Bu bəyanatlarda biz KTMT olaraq öz mövqeyimiz açıq bildirmişik. Siz istəyirsiniz ki, biz hərbi yolla reaksiya verək? Xeyir, bu, mümkün deyil və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinə ziddir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Həmsədr ölkələr münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərirlər. O ki qaldı KTMT-yə, keçən il Rusiya təşkilata sədrlik edən ölkə olub. Ötən ilin avqust ayında Rusiya Prezidenti Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüb. Həmin görüşdə münaqişənin yalnız sülh yolu ilə həllinin vacibliyi vurğulanıb. Bu, həm də KTMT-yə daxil olan dövlətlərin mövqeyidir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Fransada “sarı jiletlilər” aksiyasının 15-ci mərhələsi baş tutub
23.02.2019
Hindistanda tikiş fabrikində partlayış nəticəsində azı 10 nəfər ölüb
23.02.2019
Venesuelada ordu ilə yerli xalq arasında toqquşma
23.02.2019
Çində ağır yol qəzasında 20 nəfər ölüb, 30 nəfər yaralanıb
23.02.2019
Nigeriyada prezident və parlament seçkiləri keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info