“The Washington Times” qəzeti Azərbaycana xüsusi buraxılış həsr edib
Tarix: 30.01.2015 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


ABŞ-ın “The Washington Times” qəzeti Azərbaycana xüsusi buraxılış həsr edib. “Müstəqilliyini bərpa etdikdən sonra çiçəklənən ABŞ müttəfiqi” başlıqlı buraxılışda yer alan yazıların müəllifləri Konqresin Nümayəndələr Palatasının üzvləri Rendi Veber və Robert Aderholt, Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov, “Caspian Group Holdings” şirkətinin baş icraçı direktoru Rob Sübhani, tanınmış tədqiqatçı Aleks Vatanka və “The Washington Times”ın redaksiya heyətidir.
Məqaləsində Azərbaycanın hansı səbəblərdən ABŞ üçün əhəmiyyət kəsb etməsi ilə bağlı suala cavab gətirən R.Veber ölkəmizin mühüm geosiyasi mövqeyini önə çəkərək, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni vurğulayır, hərbçilərimizin beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını və Əfqanıstanda ABŞ silahlı qüvvələri ilə əməkdaşlığımızı təqdir edir. Konqresmen Veber ABŞ-ın Azərbaycanla münasibətləri gücləndirməsinin vacibliyini vurğulayır.
Azərbaycanı ABŞ-ın strateji müttəfiqi kimi xarakterizə edən Robert Aderholt Avrasiya məkanında bu ölkənin əhəmiyyətini şərtləndirən amilləri oxucuların diqqətinə çatdırır. Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə görüşünü xatırladan konqresmen yazır ki, daha sabit və firavan Azərbaycan daha sabit və firavan Cənubi Qafqaz üçün ümid verir.
Səfir E.Süleymanov isə yazısında Azərbaycan xalqının 20 Yanvar hadisələrindən başı uca çıxaraq, azadlıq və müstəqillik arzusuna çatdığını bildirir. O, eyni zamanda, güclü tolerantlıq ənənələrinə malik Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin müxtəlif hissələrinin möhkəm birliyini təmin edən ənənələrin davam etdirildiyini vurğulayır.
Rob Sübhani ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurlara nəzər salır.
Aleks Vatanka isə Birləşmiş Ştatları Azərbaycana münasibətdə daha ardıcıl siyasət yürütməyə çağırır.
Məqalələrin birində isə oxuculara Azərbaycanın birinci Avropa Oyunları kimi mühüm bir tədbirə ev sahibliyi edəcəyi barədə məlumat verilir, bu Oyunların uğurla keçməsi üçün görülən hazırlıq işlərindən bəhs edilir.
Bundan əlavə, qəzetdə ölkəmizin turizm potensialı, o cümlədən Şahdağ Turizm Kompleksi, Tovuz rayonu, habelə yəhudi icmasının məskunlaşdığı Qırmızı Qəsəbə haqqında yazılar da yer alır və turistlərin Azərbaycana səfər etmələri üçün 10 səbəb sadalanır. Həmçinin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin beynəlxalq fəaliyyəti və yeni uçuşlar, xüsusilə Bakı və Nyu-York arasında birbaşa hava əlaqəsi barədə məlumatlar diqqətə çatdırılır.
Bundan başqa, AZPROMO-nun dəstəyi ilə ABŞ bazarına ixrac olunan yüksək keyfiyyətli qida məhsulları barədə məlumat təqdim edilir.
Ümumilikdə, 12 səhifəlik xüsusi buraxılışda 16 məqalə və məlumat dərc edilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Prezident İlham Əliyev: Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir
22.01.2019
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22.01.2019
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub
22.01.2019
Əli Abdalov Mehman Hüseynovla barışıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info