Erməni ticarətçilər: “Bu gündən radikal tədbirlərə əl atacağıq” (yenilənib)
Tarix: 30.01.2015 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Ermənistanda “Dövriyyə vergisi haqqında” qanunun qüvvəyə minməsinə etiraz edən yüzlərlə ticarətçi bu gündən sərt tədbirlərə başlayacaqlarını açıqlayıblar.
“Armtoday”in verdiyi məlumata görə, onlar yenə Nazirlər Kabinetinin binası qarşısına toplaşaraq baş nazir Ovik Abramyanla görüş tələb edirlər.
“Biz istəyirik ki, baş nazir bizimlə görüşsün və qanunun niyə təxirə salınmadığını aydınlaşdırsın. Baş nazir, isti kabinetindən çıxın. Əgər aşağı düşməyəcəksinizsə, deməli vəzifəni tərk edəcəksiniz. Bu gündən biz radikal tədbirlərə əl atacağıq, ancaq qanunları pozmayacağıq”, - deyə etirazçılar bildiriblər.
Nümayişçilər “Ovik aşağı düş”, “təxirə sal” kimi şüarları səsləndiriblər.
Xatırladaq ki, bu gündən etibarən etirazçılar fevralın 1-dən qüvvəyə minməli olan “Dövriyyə vergisi haqqında” qanunun təxirə salınması ilə bağlı imza kampaniyasına başlayıblar. Ötən gün də onlar hökumət evinin qarşısına toplaşaraq O. Abramyanla görüş tələb ediblər, ancaq o, etirazçıları qəbul etməyib.
Sözügedən qanunla bağlı etirazlar hələ ötən ilin sentyabrından başlayıb. Bundan sonra hökumət qanunun qüvvəyə minməsini fevrala ayınadək təxirə salınması haqqında qərar qəbul edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”
22.02.2019
Çin, Rusiya və Hindistan XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü keçiriləcək
22.02.2019
AKP-nin Türkiyə parlamenti sədrliyinə namizədinin adı bəlli oldu
21.02.2019
İranın Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb
21.02.2019
Paşinyan yeni müxalifət formalaşdırmaq istəyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info