A.Əlizadə: “Gənc nəslin elmə gəlməsi AMEA Rəyasət Heyətinin başlıca siyasətidir”
Tarix: 30.01.2015 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2014-cü il I Hesabat-seçki Konfransı keçirilib.
Şuranın sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Famin Salmanov hesabatı təqdim edib. F.Salmanov bildirib ki, Şuranın AMEA-ya bağlı 42 təşkilatda yerli eyniadlı şuraları və ümumilikdə 3000-ə yaxın üzvü var: “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi dövlət başçısı İlham Əliyevin müasir gəncliyə və gənc alimlərə diqqətinin parlaq nümunəsidir”. Təşkilat rəhbəri, gənc alimlərin idmana marağını artırmaq, asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək məqsədilə Şura tərəfindən “AMEA-nın gənc alim və mütəxəssislərinin institutlararası I Futbol Çempionatı” təşkil olunduğunu da vurğulayıb.
Sonra bir neçə gənc alim hesabatla bağlı çıxış edib.
Gənclər və idman naziri Azad Rəhimov GAMŞ-ın yaradılmasını mühüm hadisə adlandırıb. Gənclər sahəsində əldə edilmiş uğurlar barədə məlumat verən A. Rəhimov bildirib ki, Azərbaycanın bölgədə elm mərkəzinə çevrilməlidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında gənc alimlərin yaş məsələsinə toxunub: “Yaxşı olardı ki, gənc alimlərin yaş həddi 29-dan 35-ə qaldırılsın. Gənc alimlərin yaş həddinin 29 olması bir sıra problemlər yaradır. Ümid edirik ki, bu məsələ yenidən müzakirə olunun müsbət həllini tapacaq”.
AMEA prezidenti, akademik Akif Əlizadə isə GAMŞ-ın hesabatını aparılmış işlərin səmərəli nəticəsi kimi qiymətləndirib: “Şuranın fəaliyyəti müsbət qarşılanmalıdır. Gənc nəslin elmə gəlməyi, elmdə düzgün yol seçməsi Elmlər Akademiyasını Rəyasət Heyətinin başlıca siyasətidir. Gəncliyin intellektual səviyyəsinin artması respublika üçün mühüm amildir. İki il ərzində Elmlər Akademiyası mühüm islahatlara başlayıb, o islahatlar indi də aparılır. İslahatlar nəticəsində gənclərin şəraiti yaxşılaşıb. Elmin İnkişafı Fondu vasitəsilə Elmlər Akademiyasına xeyli müasir avadanlıq və cihazlar alınıb. Ancaq milyonlar xərclənmiş həmin avadanlıq və cihazlardan səmərəli istifadə bu gün problem olaraq qalmaqdadır. Biz informasiya texnologiyaları sahəsində, habelə Kosmik-Tədqiqatlar İnstitutunu təkmilləşdirmək istəyirik. Biz istəyirik ki, gənclərimiz savadlı olsun, elmimiz inkişaf etsin. Başqa ölkələrdə yaradılan elmi dəyərlərdən istifadə edirik. Azərbaycanda güclü elmi potensial var, gələcəkdə gənclərin hesabına bu potensial daha da güclənəcək”.
Sonda GAMŞ-a açıq səsvermə yolu ilə yeni üzvlər seçilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info