Erməni ictimaiyyəti: “AŞPA-da Rusiyanı müdafiə etməmək satqınlıqdır”
Tarix: 30.01.2015 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Rusiya nümayəndə heyətini səlahiyyətlərindən məhrum edən qətnamə səsə qoyularkən ermənistanlı deputatlar bitərəf mövqe sərgilədilər. Ermənistanın belə addım atması İrəvanda müxtəlif formada etirazlara səbəb oldu. Bəzi QHT-lər, ziyalılar və eləcə də ölkə müxalifəti özünü Rusiya ilə dost sayan Ermənistan iqtidarının bu hərəkətini satqınçılıq kimi qiymətləndirib. Hətta yerli mətbuat orqanları da məsələyə biganə qalmayaraq deputatların belə mövqeyini anlaşılmaz addım kimi izah ediblər. Erməni KİV-də gedən bəzi yazılarda qeyd edilir ki, bu addım yaxın tərəfdaşı yarı yolda qoymaq və arxadan zərbə vurmaqdan başqa bir şey deyil. Ermənistan mətbuatında gedən məlumata görə, hətta bu barədə sosial şəbəkələrdə də geniş müzakirələr açılıb ki, insanlar iqtidarı bu addıma görə qınayırlar. Onlar Rusiyanın Ermənistan üçün böyük işlər görməsinin fonunda deputatların belə seçim etməsini anormallıq adlandırırlar.
Rusiyanı özünün strateji tərəfdaşı adlandıran, hətta bu yaxınlarda Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqına qoşulan Ermənistanın bu mövqeyini şərh edən erməni rəsmiləri isə bəhanə ediblər ki, guya onlar Rusiya və Qərb arasında münasibətlərin daha da gərginləşməsində iştirak etmək istəmirlər.
Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasında Rusiya nümayəndə heyətini səlahiyyətlərindən məhrum edən qətnamə səsə qoyularkən Ermənistanlı deputatlar bitərəf qaldılar, Gürcüstan qətnaməni dəstəklədi, Azərbaycan isə əleyhinə səs verdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info