Naxçıvanda “Bakı-2015” Avropa Oyunlarının tanıtım kampaniyası başa çatıb
Tarix: 30.01.2015 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Naxçıvanda “Bakı-2015” Avropa Oyunlarının tanıtım kampaniyası başa çatıb.
Naxçıvan şəhəri və muxtar respublikanın bütün rayonlarında tədbirlər keçirən tanıtım kampaniyasının iştirakçıları idman federasiyalarının yerlərdə fəaliyyət göstərən idman bölmələri ilə də tanış olublar.
Tədbirlərdə Avropa Oyunlarına həsr edilmiş videoçarx nümayiş olunub, iştirakçılara “Bakı-2015” birinci Avropa Oyunları haqqında geniş məlumat verilib, idmançılara mötəbər yarışın atributları əks olunan çanta və papaqlar hədiyyə edilib.
Tədbirlər çərçivəsində tanıtım kampaniyasının iştirakçıları muxtar respublikanın görməli yerləri və tarixi abidələri ilə tanış olublar. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığının incilərindən biri olan Möminə Xatın türbəsi ilə tanışlıq Avropa Oyunlarının tanıtım kampaniyasının iştirakçılarında qədim Naxçıvanın tarixinə böyük maraq yaradıb.
Burada qonaqlara bildirilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə Xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə Əcəmi Əbu Bəkr oğlu Naxçıvani tərəfindən tikilib. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə də qalan abidənin baş tağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində qonaqlara məlumat verilib ki, ziyarətgahın adı ərəb dilindən tərcümədə “mağara sahibləri” mənasını verir. Müqəddəs Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatmasından və oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Adı çəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.
Əshabu-Kəhflə bağlı rəvayətləri maraqla dinləyən qonaqlar ziyarətgahı gəzərək, parçalanan nəhəng dağı seyr ediblər.
“Bakı-2015” ilk Avropa Oyunlarının tanıtım kampaniyasının iştirakçıları Batabat yaylağının füsunkar gözəlliyinə də maraqla baxıblar. Müxtəlif torpaq tiplərinin təşəkkül tapdığı ərazidə 2900-dək bitki növünün yayıldığı, 285 növ faunanın məskunlaşdığı barədə məlumatları dinləyən qonaqlar Naxçıvanın ecazkar təbiətinə heyranlıqlarını ifadə ediblər.
Yanvarın 30-da “Bakı-2015” Avropa Oyunlarının tanıtım kampaniyasının iştirakçıları muxtar respublikadan Bakıya qayıdıblar.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info