Yaponiyada ölkəmiz haqqında təqdimat böyük marağa səbəb olub
Tarix: 02.02.2015 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Yaponiyanın Hakiyogi şəhərində Azərbaycan haqqında təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Hakiyogi Beynəlxalq Assosiasiyasının təşkil etdiyi tədbirdə Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı Fuad Bağırov və elektronika sahəsində tanınmış alim, əslən azərbaycanlı Xəlil Kələntər iştirakçılara ölkəmiz haqqında ətraflı məlumat veriblər.
Ölkəmizin qədim sivilizasiyaların qovşağında yerləşdiyi, zəngin mədəniyyətə malik olduğu bildirilib, müasir Azərbaycanın uğurları barədə məlumat verilib. Azərbaycanın dövlət atributları, coğrafi mövqeyi, təbiəti, əhalisi, dini tolerantlığı, iqtisadiyyatı, enerji siyasəti barədə də tədbirdə geniş danışılıb. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat verən qonaqlar onun müsəlman Şərqində ilk demokratik parlamentli respublika olduğunu bildirərək, 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdiyini vurğulayıblar.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində uğurları, xüsusilə də Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP və TANAP layihələri, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi beynəlxalq iqtisadi layihələrdə ölkəmizin aparıcı mövqeyi diqqətə çatdırılıb.
Azərbaycanın dünyada atan nüfuzu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki əhəmiyyətli rolu haqqında danışan qonaqlar, hökumətin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirdiyini vurğulayaraq sənaye, turizm, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji mənbələri sahələrində geniş imkanların mövcudluğunu bildiriblər.
Mərasimdə Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində özünü doğrultduğu diqqətə çatdırılıb, ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin bunun bariz nümunəsi olduğu vurğulanıb.
Təqdimatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və ağır nəticələri barədə ətraflı məlumat verilib. Münaqişə nəticəsində xarici havadarlarına arxalanan Ermənistanın Azərbaycan ərazisinin 20 faizdən çoxunu işğal etməsi, bir milyondan çox insanın ata-baba yurdlarından didərgin düşməsi haqda da danışılıb.
Ötən il Azərbaycanın Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd edildiyini vurğulayan qonaqlar ölkəmizin bu qədim və ayrılmaz hissəsi haqqında da ətraflı məlumat verərək, onun çətin sınaqlarla dolu mürəkkəb və şərəfli yol qət etdiyini diqqətə çatdırıblar. Ermənistan tərəfindən blokadaya alınmasına baxmayaraq, Naxçıvanın böyük uğurlar qazandığı xüsusi qeyd edilib.
Sonda iştirakçıların sualları ətraflı cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info