Gənclər Gününə həsr olunmuş veloyürüşə general və deputat da qatılıb
Tarix: 02.02.2015 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Azərbaycanda 2 Fevral - Gənclər Gününə həsr olunmuş veloyürüşdə 200 velosipedçi iştirak edib. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi, Dövlət Bayrağı Meydanı, Azərbaycan Velosiped İdmanı Federasiyası, “İrəli” İctimai Birliyi və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə Bakıda “Gənclik veloyürüşü” keçirilib.
Veloyürüşdə peşəkar və həvəskarlardan ibarət 200 velosipedçi iştirak edib.
Dövlət Bayrağı Meydanından start götürən yürüşdə Azərbaycan ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev, Milli Məclisin üzvü Fuad Muradov, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev və "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov da iştirak ediblər.
Millət vəkili F.Muradov jurnalistlərə açıqlamasında bildirib ki, Gənclər Günü ilə bağlı keçirilən bu tədbir sağlam həyat tərzini təbliğ edir: “Prezident İlham Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti bugünkü gəncliyə özünü ifadə etmək sahəsində əlavə imkanlar açıb. Ölkədə gənclərlə bağlı aparılan işlər dövlət siyasətinin prioritetlərindəndir. Gəncləri birləşdirəcək ümumi dəyərlərin dəstəklənməsi zəruridir. Bu gün gənclər dövlət siyasətinin tərkib hissəsidir”.
“İrəli” İctimai Birliyinin sədri M.Seyidov isə deyib ki, veloyürüşün məqsədi gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılması, gənclərin asudə vaxtının səmərəli təşkili və günün əhəmiyyətinin onlara aşılanması, eləcə də gənclər arasında bu idman növünün təbliğidir.
Şəhər sakinlərinin böyük marağına səbəb olan veloyürüş Dövlət Bayraq Meydanından başlayaraq Neftçilər prospektindən, şəhərin əsas küçələrindən keçməklə Azadlıq Meydanında yekunlaşıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info