ABŞ-dan Ukrayna ordusunun məğlubiyyətlərinə görə silah yardımı
Tarix: 02.02.2015 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


“The New York Times” qəzeti yazıb ki, Ukraynaya 3 milyard dollar dəyərində tank əleyhinə raketlər, radarlar və zirehli maşınlar göndərilməsi üçün hazırlıq gedir.
Qəzet bildirir ki, bu gün ABŞ administrasiyasındakı bir qrup məmur Ukraynaya iri silah partiyası göndərilməsinə dair əsaslandırmanı prezidentə təqdim etməlidir. Onlar Kiyevə tank əleyhinə raket sistemləri, kəşfiyyat məqsədli pilotsuz uçuş aparatları, “Humvee” (HMMWV) zirehli maşınları, eləcə də düşmənin atəş nöqtələrini müəyyənləşdirən radarlar verilməsi təklifini irəli sürəcəklər. Əsaslandırmanın müəllifləri arasında ABŞ müdafiə nazirinin keçmiş müavini Mişel Flurnoy, NATO-nun Avropadakı qüvvələrinin sabiq komandanı Ceyms Stavridis, ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Dalder kimi nüfuzlu şəxslər var.
“The New York Times” yazır ki, Vaşinqtonda Ukraynaya silah verilməsi ideyasının tərəfdarları artır və artıq dövlət katibi Con Kerri, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Martin Dempsi və müdafiə naziri Çak Heygel də buna tərəfdardır. Onların fikrincə, ABŞ-ın müttəfiqləri - Kanada, Böyük Britaniya, Polşa və Baltikyanı ölkələr də Ukraynaya silah verə bilər. Son vaxtlara qədər Ukraynaya silah verilməsinə fəal şəkildə qarşı çıxan prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Syuzan Rays da öz mövqeyini dəyişməyə hazırdır.
Ukrayna xarici işlər nazirinin müavini Vadim Pristayko isə beynəlxalq silah bazarının Ukraynanın üzünə açılması üçün son vaxtlar bir çox addım atdıqlarını və artıq Rusiya təcavüzünə cavab vermək üçün müasir silahlar almaq imkanı əldə etdiklərini açıqlayıb. O bildirib ki, Ukraynaya hələlik yüksək texnologiyalı letal (öldürücü) silahlar verilməsə də, buna nail olmaq imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb: “Söhbət “Kalaşnikov”lardan getmir. Bizim kifayət qədər tankımız da var. Biz tank və digər silahlar istehsal edə bilirik. Bizə yüksək texnologiyalı silahlar, artilleriya əleyhinə batareyalar, snayper əleyhinə və mina əleyhinə avadanlıqlar lazımdır”.
TASS agentliyi də məlumat verir ki, Ukraynanın ABŞ tərəfdən silahla təchiz olunması ehtimalı yaranıb. Məlumata əsasən, Birləşmiş Ştatlar tərəfindən belə yardımın göstərilməsinin tərəfdarları ABŞ və NATO silahlı qüvvələrinin Avropa üzrə baş komandanı Filip Bridlav və Pentaqonun bir çox rəsmiləridir. Buna səbəb kimi isə Ukrayna silahlı qüvvələrinin son həftələrdə üzləşdiyi məğlubiyyətlər göstərilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Avropada PKK əməliyyatı keçirildi
19.06.2019
İdlibdə yaşayış məntəqələrinə hücum olub
19.06.2019
İran ilә Rusiya arasında müqavilәlər imzalanıb
19.06.2019
Mövlud Çavuşoğlu İrana işgüzar sәfәr edәcәk
19.06.2019
3 həftəyə 128 uşaq öldü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info