Türkiyə Cümhurbaşqanlığının sözçüsü: “Sarkisyan bütün sərhədləri keçib”
Tarix: 02.02.2015 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


“Türkiyə tək tərəfli baxışa, tarixin istismarçı siyasətlə manipulyasiya edilməsinə yönəlmiş bütün cəhdlərə qarşı olacaq”. Bunu Türkiyə Cümhurbaşkanlığının sözçüsü İbrahim Kalın Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəni və türkləri hədəf alan sözlərinə cavab verərkən deyib.
O qeyd edib ki, Ermənistan rəhbərliyi 2015-ci ili Türkiyəyə və türklərə qarşı beynəlxalq kampaniya aparmağa həsr etmək niyyətindədir: “Buna görə də təhqir və nifrət dolu, diplomatik etiketin sərhədlərini aşan ifadələr işlədirlər. Son olaraq Ermənistan prezidenti Serj Sarkisyan yanvarın 29-da İrəvanda Çanaqqala savaşını anma törənlərinə ölkəsinin dəvət edilməsinə münasibət bildirərkən bütün sərhədləri keçib. Onun hörmətli prezidentimizin Ermənistana olan dəvəti barədə danışarkən diplomatik etiketin sərhədlərini keçməsi qəbuledilməzdir. Sarkisyanın bir dövlət adamının ağzına yaraşmayacaq ifadələrini eynilə ona geri qaytarırıq".
Sözçü qeyd edib ki, Türkiyə hər zaman Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar atsa da, bunlar qarşılıqsız qalıb: “Ermənistan hakimiyyəti 1915-ci il olaylarının siyasi manipulyasiyadan uzaq, tarixi baxımdan araşdırılması, həmçinin Dağlıq Qarabağın işğalına son verərək Türkiyə və Azərbaycanla əlaqələrin normallaşması, bölgədə sülh və sabitlik təsis edilməsi ilə bağlı təklifləri rədd edir. Bu rəftar isə hər kəsdən və hər şeydən öncə Ermənistana və ermənilərə zərər verir”.
İ. Kalın Çanaqqala zəfərinin 100 illiyinin dövlət səviyyəsində, bir çox ölkənin dövlət və hökumət başçısının iştirakı ilə qeyd ediləcəyini də xüsusi vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info