Şinzo Abe: “Terrorçular Yaponiyanı qorxuda bilməyəcəklər”
Tarix: 02.02.2015 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Yaponiyanın Baş naziri Şinzo Abe ölkə vətəndaşlarını terrorçulardan qorumaq üçün özünümüdafiə qüvvələrinin xaricdə əməliyyatlar aparmaq hüququnun əldə edilməsinə çalışacaq.
Bu barədə Şinzo Abe Yaponiya parlamentinin aşağı palatasında aparılan debatlar zamanı bəyanat verib.
Ş.Abe deyib: “Biz elə bir sistem yaratmalıyıq ki, bu bizə parlamentin sanksiyası ilə hərbi qüvvədən xaricdə istifadə etmək imkanı yaratsın”.
Bu yaxınlaradək Yaponiya Konstitusiyası hərbi qüvvənin xaricdə tətbiqini qəti şəkildə qadağan edirdi, lakin ötən ilin iyulunda ölkənin əsas qanununun məsələ ilə bağlı hissəsinin interpretasiyası dəyişdirildi. Yeni qaydalara əsasən, rəsmi Tokioya Yaponiyanın mövcudluğuna, əhalinin həyatına, həmçinin qonşu-müttəfiq dövlətlərə birbaşa təhlükə yarandığı halda xaricdə hərbi qüvvə tətbiqinə icazə verilir. Bununla bərabər, “İŞİD” yaraqlıları tərəfindən girovların götürülməsi bu çərçivəyə düşmür və bu, rəsmi Tokionu son hadisələrdə güc tətbiq edə bilmək imkanından məhrum edib.
Həmin ərəfədə “İŞİD” yaraqlıları tərəfindən yapon girovların qətlinə münasibət bildirən Ş.Abe bəyan etmişdi ki, terrorçu qüvvələr Yaponiyanı qorxuda və beynəlxalq terrorizmə qarşı onu öz mövqeyini dəyişməyə məcbur edə bilməyəcəklər: “Terrorçular elə güman edirlər ki, onların hərəkətləri vahimə yaradaraq, bizi mövqeyimizi dəyişməyə məcbur edəcək. Tokio terror təhlükəsi qarşısında heç vaxt təslim olmaq fikrində deyil”. Baş nazir, həmçinin bildirib: ”Bizim vəziyyətimizdə birlik zəruridir. Biz baş vermiş cinayətin cəzalandırılması üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışacağıq. Biz, həmçinin Yaponiyanın bütün vətəndaşlarının təhlükəsizliyi naminə gücümüzü səfərbər edəcəyik”.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib
22.03.2019
Yeni Zelandiyada məsciddə oxunan azan dövlət televiziyasında canlı yayımlandı
22.03.2019
Afinada Rusiya səfirliyinin qarşısındakı polislərə qumbara atılıb
22.03.2019
Çində kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info