Nazirin qəbuluna polis olmaq istəyənlər də yazıla bilərlər
Tarix: 02.02.2015 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən fevralın 28-də Şirvan şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Şirvan şəhəri, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşların qəbulu saat 10:00-da başlanacaq.
R.Usubov tərəfindən keçiriləcək vətəndaşların qəbulu zamanı polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, Şirvan şəhər, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı rayon sakinlərindən yaşı 20-dən az, 30-dan çox olmayan aşağıdakı şərtlərə uyğun:
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla);
- boy ölçüsü 175 sm-dən yuxarı (qadınlar üçün 170 sm);
- düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli;
- yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən az olmayan sürücülük təcrübəsi olan, kompyuterdən istifadə etməyi bacaran şəxslər;
- "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info