Zaqatala gəncləri üçün hərtərəfli şərait yaradılıb
Tarix: 02.02.2015 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 2 fevral- Azərbaycan Gəncləri Günü Zaqatala rayonunda da rəngarəng tədbirlərlə qeyd olunub.
Bayram ərəfəsində Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarında çalışan fəal gənclərin iştirakı ilə silsilə tədbirlər, “dəyirmi masa”lar keçirilib, idman arenalarında yarışlar təşkil olunub.
Əlamətdar gün münasibətilə keçirilən ümumrayon bayram tədbirinin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkına gələrək, dahi rəhbərin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Bayram tədbirində rayon gənclər və idman idarəsinin rəisi Araz Əliyev Zaqatala gənclərinin 2014-cü ildə qazandıqları uğurlar barədə danışıb, gənclərin dövlət quruculuğu prosesinə fəal surətdə cəlb olunduğunu, onlara öz istedad və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şərait yaradıldığını bildirib.
Dövlətin gənclərlə bağlı siyasətində yeni mərhələnin başlandığını vurğulayan idarə rəisi bildirib ki, Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” gənclərin ictimai fəallığının artmasına, intellektual, fiziki və mənəvi inkişafına öz töhfəsini verəcək.
Çıxış edənlər ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıblar.
2014-cü ildə rayonun ictimai-siyasi həyatında, təhsil, incəsənət, idman və digər sahələrdə fərqlənən gənclərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib
25.09.2018
Lökbatanda salınmış abad məhəllədə əhali ilə görüş
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info