ADA Universitetində təlim kursu başa çatdı
Tarix: 02.02.2015 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


ADA Universitetinin İxtisasartırma proqramı 5 may – 28 noyabr 2014-cü il tarixlərində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 53 əməkdaşı üçün təşkil etdiyi “İdarəetmə və kommunikasiya bacarıqları” təlim proqramını uğurla başa vurub.
Universitetdən verilən məlumata görə, məzun günündə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev və ADA Universiteti İxtisasartırma proqramının rəhbəri xanım Aygün Hacıyeva çıxış etmişlər. Proqram iştirakçılarını salamlayan səfir H.Paşayev gənc peşəkarlara uğurlar arzulayıb və məzunları ADA Universitetinin sosial həyatında yaxından iştirak etməyə səsləyib.
E.Mehdiyev təlim proqramının həyata keçirilməsində göstərdiyi dəstəyə görə DSMF-nin kollektivi adından ADA Universitetinə təşəkkürünü bildirib. Dövlət qulluğunun ən vacib şərtlərindən biri olan kadr potensialı və insan kapitalının inkişafı, o cümlədən gənclərin davamlı inkişaf tələbləri ilə ayaqlaşmaq istəyinə cavab olaraq bu təlimlərin DSMF-nin gənc əməkdaşlarının peşəkar inkişafında və gündəlik fəlayyətlərində əvəzsiz rol oynadığını bildirib.
Daha sonra İxtisasartırma proqramının direktoru xanım A.Hacıyeva DSMF üçün təşkil olunmuş “İdarəetmə və kommunikasiya bacarıqları” təlim proqramının yekunları üzrə təqdimat edib. “Şəxsi idarəetmə bacarıqları və şəxsi səmərəlilik”, “Komandanın idarə edilməsi və motivasiya”, “Menecment və səmərəli idarəçilik bacarıqları”, “Səmərəli kommunikasiya bacarıqları”, “Təqdimat bacarıqları” və “İctimai nitq bacarıqları” kimi 6 moduldan, o cümlədən rəhbərlər üçün təşkil olunmuş “Danışıqların aparılması bacarıqları” kimi dərslərdən ibarət təlim proqramının əsas məqsədi gənc peşəkarlara öz güclu və zəif tərəflərini daha yaxşı anlamaq, səmərəli iş üslublarını tapmaq, başqa insanlarla effektiv ünsiyyət qurmaq və onları idarə etməkdə yardım etməkdir.
Məzun gününün sonunda iştirakçılar sertifikatlarla təltif olunublar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info