“The New York Times” qəzetində Ermənistan-Azərbaycan münaqişəsi haqqında məqalə
Tarix: 02.02.2015 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


“The New York Times” qəzetində Azərbaycanın Dağlıq Qarabağ regionunda Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində silahlı toqquşmaların davam etməsi barədə məqalə dərc olunub.
Məqalənin müəllifi Devid Qerşenqorn yazır ki, son aylar Ermənistan və Azərbaycan arasında hərbi münaqişə kəskinləşib, nəticədə hər iki tərəfdən hərbi qulluqçular həlak olub. Jurnalist xatırladır ki, Ermənistanın pilotsuz təyyarəsi Ağdam rayonunun yaxınlığında Azərbaycan ordusu tərəfindən vurulub. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənə qədər bu rayonda 40 minədək azərbaycanlı yaşayıb.
Sülh danışıqlarının təfərrüatına toxunan müəllif yazır ki, Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərindən Ermənistanı öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa məcbur etmək üçün ölçü götürməyi tələb edib. D.Qerşenqorn vurğulayır ki, 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasından əvvəl Ermənistan tərəfindən işğal olunmuş torpaqlar Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin beşdəbir hissəsini təşkil edir.
Məqalədə hər iki tərəfin mövqeyi göstərilib. Azərbaycanın Dağlıq Qarabağ regionunda vəziyyəti gözdən keçirən müəllif yazır ki, region Ermənistanın “oyuncaq” qurumudur. Buranın əhalisi xarici ölkələrə Ermənistan pasportu ilə gedir və rəsmi şəxslərin bir çoxu, o cümlədən Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağda dünyaya gəlib.
D.Qerşenqorn öz yazısında Ermənistanın təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlı qaçqınların və məcburi köçkünlərin ağır şəraitdə yaşamasından söz açır. Erməni qaçqınlardan da müsahibə alan jurnalist qeyd edir ki, keçmiş Bakı sakini, hazırda Xankəndi bazarında xırdavat satan İrina Xaçaturyan Bakıya qayıtmaq arzusundadır.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...
18.01.2019
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info