Dünya Bankı ilk dəfə Azərbaycan üzrə fəaliyyət strategiyasını qəbul edir
Tarix: 02.02.2015 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Dünya Bankı (DB) Azərbaycan üzrə yeni fəaliyyət strategiyasının əsas istiqamətlərini müəyyən edib. Trend xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko bildirib.
O, qeyd edib: "Altı il üçün nəzərdə tutulacaq Azərbaycan üzrə yeni fəaliyyət strategiyasının əsas istiqamətləri özəl sektorun inkişafı, iqtisadiyyatın enerji resurslarından asılılığının azaldılması, özəl investisiyaların cəlb edilməsi, eləcə də mövcud resursların və ehtiyatların düzgün tətbiqidir”.
Onun sözlərinə görə, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məsələsi hələ də qalır: "Son 4-5 il ərzində bu istiqamətdə fəal iş aparılır. Lakin qeyri-neft sektoru əsasən dövlət investisiyalarının hesabına inkişaf edir. Bu işə özəl investorların mümkün qədər daha fəal cəlb edilməsi lazımdır".
L.Leşenko qeyd edib ki, ölkədə özəl sektorun sürətli inkişafı müşahidə olunur: "Biznesə əngəl olan maneələri daha sürətlə aradan qaldırmaq lazımdır. Bu, gələcəkdə sektorun davamlı inkişafını təmin edəcək”.
DB-nin Azərbaycanda yeni fəaliyyət strategiyası 2015-ci ilin mayına kimi hazırlanmalıdır. Azərbaycanla əməkdaşlığın mövcud strategiyası 2011-2014-cü illər üçün nəzərdə tutulub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info