“Azərbaycanın ABŞ üçün nə dərəcədə strateji dövlət olduğunu daha çox yaymalıyıq“
Tarix: 02.02.2015 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


"Azərbaycan dünyada yeganə dövlətdir ki, burada yəhudilərə qarşı bir dəfə də olsun antisemitizm halına yol verilməyib. Hətta ABŞ-ın özündə belə hallara yol verilsə də, Azərbaycanda yəhudilərə uzun əsrlər boyu isti, əsl qardaşlıq münasibəti göstərilib".Bunu bu gün Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin nümayəndə heyətini qəbul edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
N.İbrahimov qeyd edib ki, Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasında bir neçə il əvvəl başlayan əməkdaşlıq ilbəil inkişaf edir. Komitə sədri bundan sonra münasibətlərin yüksələn xətlə davam edəcəyinə inandığını deyib: “Devid Harrisin hər səfərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi bizim əlaqələrin inkişafını və Azərbaycan tərəfinin bu münasibətlərə nə qədər önəm verdiyini göstərir. Amerika Yəhudi Komitəsi Azərbaycan-ABŞ, Azərbaycan-İsrail əlaqələrinin, eləcə də Azərbaycan və yəhudi icmaları arasında münasibətlərin inkişafında, həmçinin Azərbaycanın səsinin dünyaya çatdırılmasında xüsusi rol oynayıb”.
Dövlət Komitəsinin sədri bildirib ki, yəhudilər Azərbaycana e.ə. 700 il əvvəl gəlməyə başlayıb: "Biz 2700 il yaşı olan dostluqdan, qardaşlıqdan çıxış edərək Azərbaycanın səsinin dünyaya çatdırılmasını xahiş etməyə haqqımız var. Bizim Azərbaycanın dünyaya daha çox tanıdılmasında, ikili standartlara yol verilməməsində, ölkədə gedən proseslərin düzgün şəkildə çatdırılmasında dostlara ehtiyacımız var".
Amerika Yəhudi Komitəsinin icraçı direktoru və nümayəndə heyətinin rəhbəri Devid Harris 2008-ci ildən başlayan belə səfərlərin davamlı olacağını deyib.
Azərbaycanla əlaqələrin inkişafına önəm verdiklərini deyən D.Harris burada müxtəlif millətlərin birgə yaşamasının, eləcə də uzun illərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına münasibətin yüksək səviyyədə olmasının rəğbət doğurduğunu deyib.
O, rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlərin, eyni zamanda, İsrailin dostu kimi Azərbaycanla İsrailin ikitərəfli əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib. O, həmçinin Azərbaycanın dünyaya daha çox tanıdılmasına ehtiyac duyulduğunu vurğulayıb: “Biz Azərbaycanı dünyaya daha çox tanıtmalı və təbliğ etməliyik. Azərbaycanın ABŞ üçün nə dərəcədə strateji dövlət olduğu, İsraillə münasibətlərinin dərinliyi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan cəmiyyətinin aliliyi, buradakı tolerantlıq yetərincə təbliğ olunmur. Biz bu məsələlərin ABŞ-da təbliği üçün əlimizdən gələni etməli, bunları bütün dünyaya daha çox yaymalıyıq”.
Onun fikrincə, Azərbaycandan ABŞ-a xüsusən buradakı müsəlman, yəhudi və xristian dini liderlərinin çoxlu səfərləri təşkil edilməli, onlar ABŞ ictimaiyyətini Azərbaycandakı tolerantlıq və dinlərarası xoş münasibət barədə məlumatlandırmalıdırlar.
Daha sonra tərəflər müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib, bu görüşlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini bildiriblər.
Görüşdə, həmçinin Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info