Ağstafada Gənclər Günü qeyd olunub
Tarix: 02.02.2015 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Gəncləri Günü münasibəti ilə Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində geniş tədbir keçirilib. Rayon gəncləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri qoyublar.
Tədbirin reqlamentinə uyğun olaraq Heydər Əliyev Muzey-Mərkəzində istedadlı gənclərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq əlamətdar gün münasibətilə gəncləri təbrik edib. Bildirilib ki, Gənclər Günü 1996-cı ildə ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə təsis edilib və hər il yüksək səviyyədə qeyd olunur. Gənclərin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə göstərilən böyük diqqətin nəticəsidir.
Sonra rayon gənclər və idman idarəsinin rəisi Feyruz Həsənov 2014-cü il ərzində görülən işlər barədə geniş məruzə ilə çıxış edib. Məruzə və çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti nəticəsində Azərbaycan gənci yüksək intellektual səviyyəsi və geniş dünyagörüşü ilə fərqlənir, öz fəallığına görə dünya gəncləri sırasında ön yerlərdə gedir.
Tədbirdə rayonun ictimai-mədəni həyatında fərqlənən və müxtəlif sahələrdə 2014-cü il ərzində yüksək nailiyyətlər əldə edən gənclər fəxri fərman və hədiyyələrlə təltif olundular.
Bayram tədbiri çay süfrəsi ətrafında maraqlı və rəngarəng konsert proqramı ilə davam etdirildi.


Təhminə










 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info