“İrəli“ İctimai Birliyi “İradio“nu gənclərə təqdim etdi
Tarix: 02.02.2015 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


2 fevral - Gənclər Günü münasibətiylə "İrəli" İctimai Birliyi “İradio” – Gənclərin radiosunu gənclərə təqdim etdi.
Məqsəd ənənəvi medianın yerini müasir mediaya verməsini nəzərə alaraq ən mühüm mənbə olan gənclərin müasir problemlərinin araşdırılması, onların maarifləndirilməsi və problemlərinin həlli istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üçün mövcud şəraitdən səmərəli istifadə etməkdir.
“İradio” gənclər üçün 10 yeni veriliş hazırlayıb.
İradio “İstintaq davam edir”, “Kimsən sən”, “Bənövşəyi mandarin”, “Aysberg”, “25-ci kadr”, “3 Nöqtə”, “Mənim universitetim”, “Fashion”, “Xəbər gənc”, “Karaoke vaxtı” verilişlərini siz gənclərə təqdim edəcək.
“İradio”nun ilk qonaqları Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov oldu.
“İradio”nun açılış mərasimində "İrəli" İctimai Birliyi tərəfindən keçirilən dil kurslarının tələbələrinə də sertifikat və hədiyyələr verildi.
Ərəb və yapon dili kurslarının bitməsi münasibətilə tələbələrə sertifikat, müəllimlərə isə tövsiyə məktubu və hədiyyələr verildi. Daha sonra isə “İradio"nun açılış lentini “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və açılışa qatılan qonaqlar birlikdə kəsdilər.
Qeyd edək ki, “İradio”da işləmək üçün 100-dən çox gənc müraciət edib. “İradio”da işləmək üçün seçilən gənclərə mütəxəssislər tərəfindən təlimlər keçirilib.
Məqsəd ənənəvi medianın yerini müasir mediaya verməsini nəzərə alaraq ən mühüm mənbə olan gənclərin müasir problemlərinin araşdırılması, onların maarifləndirilməsi və problemlərinin həlli istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üçün mövcud şəraitdən səmərəli istifadə etməkdir.
"İradio" olaraq əsas hədəflərimiz:
- informasiya texnologiyalarının yaratdığı imkanlardan yararlanmaq
- müasir media sahəsində öz yerini tutmaq,
- gənclərə məxsus, onların maraq dairəsini əhatə edən brend yaratmaq
- milli musiqi və mənəvi dəyərləri gənclər arasında təbliğ etmək
- hər zövqdə gənci nəzərə alıb, hər janrda musiqiləri yayımlamaq
- bu sahədə marağı olan gənclərə təcrübə qazandırmaq üçün şərait yaratmaqdır.
"İradio" olaraq əsas məqsəd müasir tələblərə cavab verən funksional online radio yaratmaq, gənclərin maraq dairəsinə uyğun verilişlərin hazırlanması, yüzlərlə gəncin təcrübə qazanmasıdır.
Eyni zamanda www.iradio.az saytı da gənclərə təqdim olunub.
"İradio"nun yayımlanma vaxtı həftənin 7 günü, 24 saatdır.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info