ABŞ-ın neft emalı zavodlarında tətillər başlayıb
Tarix: 02.02.2015 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Londonun ICE birjasında brent markalı neftin barrelinin qiyməti 52 dollardan aşağı düşüb. Brent markalı neftin barrelinin mart ayında çatdırılacaq fyuçers müqaviləsi üzrə qiyməti Londonun ICE birjasında keçirilən hərracın gedişində 2,43 faiz ucuzlaşaraq 51,7 dollarda qərarlaşıb.
Neftin qiymətinin ucuzlaşması ABŞ-ın neft emalı sahəsində çalışan işçilərinin 1980-ci ildən bəri keçirilən ən iri tətilləri fonunda baş verir. Tətillərdə 9 iri neft emalı zavodunun 3,8 min əməkdaşı iştirak edir.
Fat Prophets treydinq kompaniyasının eksperti və analitiki Devid Lennoksun fikrincə, tətillərin genişlənməsi neftin qiymətinin bir qədər də ucuzlaşmasına gətirib çıxara bilər.
Qeyd edək ki, tətillərin başladığı neft emalı zavodları Kaliforniya, Texas, Kentukki və Vaşinqton ştatlarında yerləşən LyondellBasell, Marathon Oil, Shell və Tesoro kompaniyalarına məxsusdur. Ümumilikdə bu zavodların payına ABŞ-da emal olunan neftin 10 faizi düşür.
Yeni əmək müqavilələrini imzalamaqdan imtina edən tətilçilərin əsas tələblərindən biri əməkhaqqılarının qaldırılmasıdır. Yerli KİV-lərin məlumatına görə, yaxın zamanlarda əmək müqavilələri bağlanmasa, tətillərə bütün 63 neft emalı zavodunun işçiləri qoşula bilər.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Sergey Lavrov Antalyaya sәfәr edәcәk
26.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
26.03.2019
Mayk Pompeo vә Sergey Lavrov arasında telefon danışığı olub
26.03.2019
Mahmud Abbas Trampın Qolan tәpәlәri ilә bağlı qәrarına reaksiya göstәrib
26.03.2019
İranda iki şəhərin boşaldılmasına göstəriş verildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info