“Fitch“: “Bu il Ermənistan iqtisadiyyatında durğunluq gözlənilir”
Tarix: 02.02.2015 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


“Fitch” beynəlxalq reytinq agentliyi Ermənistanın xarici və milli valyutada uzunmüddətli defolt emitenti reytinqini (DER) "ВВ-"dən "В+"dək azaldıb. Reytinqlər üzrə proqnoz sabitdir. Bu barədə “RİA Novosti” reytinq agentliyin rəsmi saytına istinadən məlumat yayıb.
Məlumatda deyilir: "Ölkənin xarici və yerli valyutada əsas təmin olunmamış istiqrazlarının reytinqləri "BB-"dən "B +"ə qədər düşüb. Qısamüddətli xarici valyutada DER "B" səviyyəsində təsdiqlənib.
Agentliyin analitiklərinin qeyd etdikləri kimi, Rusiya bazarındakı mənfi hallar Ermənistana güclü təsir göstərir ("BBB-"mənfi proqnoz). Bununla əlaqədar tədiyə balansı və iqtisadi artımın perspektivləri üçün risklər mövcuddur. 2015-ci ildə Ermənistan iqtisadiyyatında Rusiya iqtisadiyyatının pisləşməsi və ardınca milli valyutaya təzyiqlər səbəbindən müəyyən riskli orta durğunluq gözlənilir.
2015-ci ildə transfertlərin azaldılması və Ermənistandan ixraca Rusiyadan tələbin azalması ilə bağlı cari hesab defisiti yenidən artacaq. Ermənistan ÜDM-nin 15 faizə yaxınını təşkil edən transfertlər 2014-cü ilin son aylarında təxminən 30 faiz azalıb, çünki onların 90 faizi məhz Rusiyadan daxil olur.
İxraca gəldikdə, əlvan metalların qiymətləri (eləcə də Ermənistanın ixracının yarısını təşkil edən mis) azala bilər.
Qeyd edək ki, Yanvarın 16-da “Moody`s” beynəlxalq reytinq şirkəti Ermənistanın dövlət istiqrazlarının reytinqini "Ba2"-dən "Ba3"-dək azaltmışdı, eləcə də proqnozu sabitdən mənfiyədək pisləşdirmişdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info