Səbail rayonunda ötən il 1837 yeni iş yeri açılıb
Tarix: 02.02.2015 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda 2014-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulub və 2015-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunub.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ötən il Prezident İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verib, 2014-cü il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb. Qeyd olunub ki, 2014-cü ildə Səbail rayonunda nəzərə çarpacaq müsbət dəyişikliklər baş verib, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 20 milyard 617,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 0,3 faiz çox məhsul istehsal edilib, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 514,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz nəqliyyat xidmətləri göstərilib. 2014-cü ildə rayondakı rabitə müəssisələri tərəfindən 206,9 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 1,4 faiz rabitə xidmətləri göstərilib. İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 5 milyard 642,3 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,8 faiz çoxdur. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 3.272.8 milyon manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 63,3 faiz çoxdur. Keçən il ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 294,5 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 20,3 faiz çox istehlak malları satılıb, 105.1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 28,9 faiz çox iaşə xidmətləri göstərilib. 2014-cü ildə Səbail rayonunda çalışan işçilərin sayı 112.140 nəfər, orta aylıq əmək haqqının məbləği isə 974 manat olub ki, bu da əvvəlki illə müqayisədə 3 faiz çoxdur.
2014-cü ildə rayonda hamısı daimi olmaqla 1837 yeni iş yeri açılıb. Ümumiyyətlə, isə 2003-cü ilin oktyabrından 2015-cü ilin yanvar ayının 1-dək rayonda 44163 yeni iş yeri açılıb ki, onların da 43295-i daimidir.

İlk Avropa Olimpiya Oyunlarına hazırlıq işləri davam edir

2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Səbail rayonunda yeni inşa olunmuş Azərbaycan Xalça Muzeyi, Bakı Oksford məktəbinin yeni binası, Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində müasir attraksion-panoramı, Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası istifadəyə verilib. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsində yerləşən «Könül» körpələr evi-uşaq bağçası əsaslı təmir olunaraq yenidən qurulub, bağça üçün 90 yerlik yeni əlavə korpus tikilib, fond tərəfindən bağça bütün lazımi avadanlıq və ləvazimatlarla təmin olunub. «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» nın icrası ilə bağlı 109 saylı 35 kilovoltluq yeni yarımstansiyanın tikintisi başa çataraq qurğu şəbəkəyə qoşulub, Bibiheybət Mədəniyyət evi və qəsəbə kitabxanası, 2 saylı şəhər poliklinikası və «Turac» uşaq bağçası əsaslı təmir olunub. Badamdar qəsəbəsində yeni su anbarlarının, iki mərtəbəli yeni İdman Kompleksinin və otel binasının tikintisi davam etdirilir. Su İdmanı Sarayı yaxınlığında, Bibiheybət yolunun başlanğıcında hərəkətin intensivliyi nəzərə alınaraq yeni yeraltı keçid inşa olunur, sarayın ətrafı abadlaşdırılır. Ha¬zır¬da rayonda Su İdmanı sarayının, «Alov qüllələri» kompleksinin, Bakı bulvarının qərb hissəsində, ilkin olaraq "Xəzər Waterfront" layihəsi adlandırılan istirahət-əyləncə-alış-veriş mərkəzinin, yeni «İnterkontinental» və 5 mərtəbəli «İnturist» mehmanxanalarının, Səbail rayon Prokurorluğu və 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binaların, Ali Neft məktəbi üçün yeni idman, yataqxana komplekslərinin və kütləvi informasiya vasitələri işçiləri üçün 17 mərtəbəli, 255 mənzilli yeni binanın, Badamdar qəsəbəsində yeni Xəstəxana binasının, Müasir Avropa Məktəbinin, ölkədə keçiriləcək yerli və Beynəlxalq tədbirlərin yüksək səviyyədə işıqlandırılmasını həyata keçirəcək Bakı Media Mərkəzinin tikintisi, Neftçilər prospektində İdman Oyunları Sarayının əsaslı təmiri davam edir.
2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq işləri çərçivəsində Su İdmanı Sarayının ətrafında mövcud fərdi yaşayış evləri, qeyri yaşayış və digər tikililərin sahiblərinə müvafiq kompensasiyaların ödənilərək köçürülməsi işləri aparılıb, Bayıl dairəsi ərazisində abadlıq işləri görülüb, yeni yeraltı keçid inşa olunub, dairənin mərkəz hissəsində müasir istirahət bağı, yeni yaşıllıqlar salınıb. Dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət guşələrinin yaradılması işləri davam etdirilib. Ümumilikdə il ərzində rayon ərazisində 16100 ədəd yeni ağac, 75000 ədəd gül kolu əkilib, 21000 kvadratmetr sahəyə qazon otu salınıb. Ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisindəki tarixi əhəmiyyətli binaların bərpası və qorunması istiqamətində də mühüm addımlar atılır.

2814 nəfər müxtəlif sosial müavinət alır

2013-2014-cü təhsil ilinin yekununa görə, Səbail rayonu üzrə 7 məzun qızıl və 2 məzun gümüş medala layiq görülüb. Son 4 ildə isə rayonun məzunları ümumilikdə 43 qızıl və 3 gümüş medala layiq görülüb. 2013-2014-cü tədris ilində rayonun orta məktəblərini 1355 nəfər bitirib, abituriyentlərin 901 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 124 nəfəri 500-dən yuxarı, 37 nəfəri 600-dən, 9 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlardan 124 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub, ali məktəblərə qəbul olunan 2 nəfər məzun Prezident təqaüdünə layiq görülüb. Prezidentin 17 dekabr 2014-cü il tarixli sərəncamı ilə 6 saylı orta məktəbin müəllimi Sona İbrahim qızı Musayeva və 160 saylı Klassik gimnaziyanın müəllimi Rubiynə Elton qızı Qasımova 2013-/2014-cü tədris ilində keçirilmiş «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri sırasında olub.
Ötən 7 il ərzində Səbail rayon məktəblərində çalışan müəllimlərdən 54 nəfər «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri sırasında olublar. Beynəlxalq Müəllim Günü ərəfəsində ölkə başçısının fərmanına əsasən Səbail rayonu təhsil işçilərindən 3 nəfəri – «Əməkdar müəllim» Fəxri adına və 4 nəfər isə «Tərəqqi» medalına layiq görülüblər.
Ötən il ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə – Ünvanlı Sosial Yardım almaq üçün 302 ailə (1164 ailə üzvü) müraciət edib, orta hesabla hər bir ailəyə 132 manat sosial yardım təyin olunub. Ümumilikdə, Səbail rayonunda müxtəlif növ və kateqoriyalar üzrə 2814 nəfər müxtəlif sosial müavinət alır.
Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən 938 nəfər iş axtaran işə düzəldilib, «Əmək yarmarkalarında» 42 nəfər daimi işlə təmin olunub.
2014-cü ildə ölkəmizdə mühüm siyasi tədbir olan Bələdiyyə seçkiləri keçirilib. Rayonda 3 bələdiyyə üzrə qeydə alınmış müxtəlif siyasi partiya, ictimai birlik və bitərəfləri təmsil edən 116 namizəd arasından Səbail Bələdiyyəsinə 17, Badamdar Bələdiyyəsinə 15 və Bibiheybət Bələdiyyəsinə 9 nəfər üzv seçilib.

Yüksək nəticələr əldə edən şagird və idmançılar mükafatlandırılıblar

Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov öz çıxışında qeyd edib ki, 2014-cü il ərzində Səbail rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən rayon ərazisində 663 cinayət hadisəsi qeydə alınıb, onlardan 488-nin və ya 78,6 faizinin açılması təmin edilib. Ağır və xüsusi ilə ağır cinayətlərin sayı keçən illə müqayisədə 111-dən 99-dək və ya 12 fakt azalıb, onların 50-nin və ya 58,8 faizinin açılması təmin edilib. Hesabat dövründə xarici ölkə vətəndaşları tərəfindən 11, onlara qarşı isə 16 cinayət hadisəsi baş verib. Xarici vətəndaşlara qarşı baş vermiş 16 cinayət hadisədən 14-nün və ya 87,5 faizinin açılması təmin edilib.
Rayon ərazisində qeydiyyatdan keçən qaçqın və məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli daim RİH-nin diqqət mərkəzində olub.
Hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışıb, Rayon İcra Hakimiyyətinin ötən ildəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkədə əldə olunmuş nailiyyətlər və nəzərdə tutulmuş işlər barədə məlumat verib.
Tədbirdə 1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova, 189-190- saylı orta məktəbin direktoru Ceyran Kuliyeva, DSMA Səbail rayon şöbəsinin rəisi Şakir Nuriyev, 29 saylı Səbail Dairə Seçki Komissiyasının sədri Cahangir Məmmədov, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, Rayon Enerji TSİ-nin rəisi Abdulla Əliyev, rayon Qİİ-nin rəisi Sadıx Rəhimov və başqaları çıxış ediblər.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısına müraciət qəbul olunub.
Bu il yubileyləri keçiriləcək bir qrup ziyalıya və 2014-cü ildə müxtəlif müsabiqə və yarışlarda iştirak edib yüksək nəticələr əldə etmiş 20 nəfər orta məktəb şagirdinə, keçən il yüksək nailiyyətlər əldə etmiş bir qrup cüdoçuya və onların məşqçilərinə Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Ziyad Səmədzadə və Fuad Muradov, Dövlət Bayrağı Meydanı İdarəsinin rəisi Rəşad Məmmədov və başqa qonaqlar iştirak ediblər.


Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info