Sumqayıt və Xızı işəgötürənləri üçün “Açıq qapı” günü təşkil olunub
Tarix: 02.02.2015 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Sağlam və təhlükəsiz əmək şəraiti işçi amilinə diqqət və qayğının real ifadəsi olmaqla, iş yerlərində işgüzar fəallığın, məhsuldarlığın yüksəlməsi, nəticə etibarilə iqtisadi inkişafın təmin edilməsi baxımından da olduqca vacibdir. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində fevralın 2-də Sumqayıt şəhəri və Xızı rayonunun işəgötürənləri üçün keçirilən “Açıq qapı” günündə vurğulanıb.
Əməyin mühafizəsi, istehsalatda bədbəxt hadisələrdən qorunmaq üçün qabaqlayıcı tədbirlər, bu sahədə tənzimləyici normativ-hüquqi aktlar barədə işəgötürənlər ətraflı məlumatlandırılıb. Bildirilib ki, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına, peşə risklərinin düzgün qiymətləndirilməsinə, habelə iş yerlərinin attestasiyasının vaxtında və keyfiyyətlə aparılmasına işəgötürənlər tərəfindən daim xüsusi diqqət yetirilməlidir. Bu sahədə əmək qanunvericiliyinin tələblərinə əməl olunmaması istehsalatla əlaqəli bədbəxt hadisələrə zəmin yaratmaqla, işçilərin həyat və sağlamlığını təhlükə altında qoyur.
Tədbirdə həmçinin ölkədə əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində görülən işlər, əməyin mühafizəsi sahəsində dövlət siyasəti, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına dövlət nəzarətinin gücləndirilməsi istiqamətində son vaxtlar həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumatlar verilib. İşəgötürənlərin iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı sualları ətraflı cavablandırılıb.

İlkin










 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info