Almaniyada ixtisasartırma kursu keçənlər üçün hazırlıq seminarı keçirilib
Tarix: 02.02.2015 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqram”ını həyata keçirir. Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində “İqtisadi kooperasiya” üzrə 1 aylıq ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar. Ötən ilin 28-30 oktyabr tarixlərində sahibkar və menecerlərin ixtisasartırma kurslarına göndərilməsi məqsədi ilə namizədlərin seçilməsi üzrə müsabiqələr keçirilmişdir. Müsabiqədə iştirak edən 52 sahibkar və menecerdən 33-ü müvəffəqiyyət qazanmışdır. Müsabiqədən uğurla keçənlər 2015-ci ilin mart və oktyabr-noyabr aylarında iqtisadi kooperasiya, kənd təsərrüfatı, səhiyyə üzrə müvafiq qrupların tərkibində Almaniyanın müxtəlif təlim və tədris müəssisələrində ixtisasartırma kursları keçəcəklər. Almaniyanın Hannover şəhərində yerləşən “AHP İnternational” Tədris Mərkəzində və müvafiq müəssisələrdə 1-28 mart tarixlərində “İqtisadi kooperasiya” üzrə tədris və təcrübə keçəcək 20 sahibkar və menecerlər üçün 31 yanvar-1 fevral tarixlərində Bakı Biznes Tədris Mərkəzində hazırlıq seminarı keçirilib.
2 gün davam edən tədbirdə sahibkar və menecerlərə beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar danışıqların aparılması və əməkdaşlığın qurulması və s. barədə ətraflı məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodik vəsaitlər paylanıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info