“Doing Business” hesabatına edilən dəyişikliklər müzakirə olunub
Tarix: 02.02.2015 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Doing Business hesabatının metodologiyasında edilən dəyişiklərlə bağlı seminar keçirilib. Seminarda Doing Business hesabatının müvafiq göstəricilərinin qiymətləndirilməsi üzrə metodologiyaya edilmiş dəyişiklərlə bağlı məlumat verilib. İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Azərbaycanın biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, özəl sektorun inkişafını sürətləndirən əsas amillərdən biri əlverişli şəraitin yaradılmasıdır və bu sahədə ölkəmizdə sistemli tədbirlər həyata keçirilir. Görülmüş işlər beynəlxalq təşkilatların hesabatlarında da qiymətləndirilir. Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2015”-dir. Ötən ilin oktyabrında açıqlanan bu hesabatda Azərbaycan ən çox islahat aparan ilk 10 ölkə sırasında qərarlaşıb.
Tədbirdə qeyd edilib ki, biznesə başlama, vergilərin ödənişi və əmlakın qeydiyyatı sahələrində Azərbaycanda həyata keçirilən islahatlar hesabatda nəzərə alınıb. Əvvəlki hesabatla müqayisədə ölkəmizin mövqeyi bir çox göstəricilər üzrə yaxşılaşıb. Belə ki, vergilərin ödənilməsi göstəricisi üzrə 32 pillə, tikintiyə icazələrin alınması üzrə 17 pillə irəliləyib. Eyni zamanda “Doing Business” hesabatında əsas dəyər verilən “Etalon Qanunvericiliyə Yaxınlıq” (DTF) indeksi üzrə Azərbaycanın göstəricisi yüksəlib ki, bu da ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan işlərin müsbət nəticəsidir.
Nazir müavini vurğulayıb ki, “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 mart 2014-cü il tarixli fərmanına uyğun olaraq, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması məqsədi ilə 8 istiqamət üzrə iş aparılır.
Dünya Bankının Azərbaycan ofisinin rəhbəri Larisa Lesçenko hesabatın metodologiyasına edilmiş və nəzərdə tutulan dəyişikliklər haqqında məlumat verib. Bildirib ki, “Doing Business 2015” hesabatında üç göstərici üzrə - kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması və müəssisənin bağlanması sahəsində qiymətləndirmə metodologiyasında dəyişiklik edilib, növbəti hesabatda isə daha 5 göstərici üzrə dəyişiklərin aparılması nəzərdə tutulur.
Seminarda Dünya Bankının özəl sektorun inkişafı üzrə ekspertlərinin rəyləri dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info