Şəmkirdə YAP-a yeni üzvlər qəbul olunublar
Tarix: 02.02.2015 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


YAP-ın Şəmkir rayon təşkilatının növbəti şura yığıncağı keçirilib.
Yığıncaqda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatı şurasının və İdarə Heyətinin üzvləri, ilk partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər.
Yığıncaqda ilk olaraq YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev geniş çıxış edərək təşkilat haqqında və onun gördüyü işlər barədə ətraflı məlumat verib. F.Vəliyev bildirib ki, bu gün YAP Şəmkir rayon təşkilatının 125 ilk partiya təşkilatında 10893 nəfər üzvü var ki, onların da 3435 nəfərini gənclər, 6080 nəfərini isə qadınlar təşkil edir. 2014-ci il ərzində 1005 nəfər YAP Şəmkir rayon təşkilatının sıralarına üzv qəbul olunub, onlarında 350 nəfərini gənclər təşkil edir: “Bu gün partiyamızda əsas işlərdən biri ərazi ilk partiya təşkilatları ilə səmərəli işin qurulmasıdır ki, bu məqsədlə aparat işçiləri arasında bölgü aparılıb və ilk partiya təşkilatlarına nümayəndələr təyin olunub. Həmçinin partiyanın mərkəzi aparatının verdiyi, təlimatlar, tapşırıqlar təşkilat sədrlərinə çatdırılır, ideoloji işin səviyyəsinin artırılması məqsədilə daimi olaraq rayon təşkilatında və ilk partiya təşkilatlarında toplantılar keçirilir. YAP Şəmkir rayon təşkilatı bu gün partiya işinin yüksəldilməsi istiqamətində çevik, inamlı və dinamik fəaliyyət üsullarına üstünlük verir”.
F.Vəliyev qeyd edib ki, biz bu gün fəxrlə deyə bilərik ki, bütün ölkəmizdə böyük tikinti abadlıq işlərinin əsas mərkəzlərindən biri də Şəmkir rayonudur: “Şəmkir rayonunun abadlaşmasında, yenidən qurulmasında Prezident İlham Əliyevin tapşırıqları yüksək səviyyədə yerinə yetirilir”.
Yığıncaqda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, yığıncaqlarda hesabat dövründə partiyanın təşkilati və ideoloji-siyasi fəaliyyəti ilə əlaqədar həyata keçirilən müsbət işləri bəyan etməklə yanaşı, çatışmazlıqlar da araşdırılmalıdır: “Yığıncaqlarda partiyadaxili cari məsələlər müzakirə olunmalı, nöqsanlar aradan qaldırılmalıdır. Şuranın və idarə heyətinin müəyyənləşdirdiyi vəzifələri kifayət qədər ardıcıl şəkildə həyata keçirə bilməyən ilk partiya təşkilat sədrləri yeniləşdirilməli, gənclərin partiya işinə cəlb olunmasına diqqət yetirilməlidir”.
Tədbirdə şura yığıncağının gündəliyində duran ikinci məsələyə baxılıb və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov YAP Şəmkir rayon təşkilatı şurasına və İdarə Heyətinə üzv seçilib. Sonda partiya sıralarına qəbul olunan bir neçə gəncə Alimpaşa Məmmədov üzvlük vəsiqəsi və hədiyyələr təqdim edərək gəncləri partiya sıralarına qəbul olunmaları münasibəti ilə təbrik edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info