Devid Harris: “Biz Azərbaycanı dünyaya daha çox tanıtmalı və təbliğ etməliyik”
Tarix: 02.02.2015 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin (AYK) İcraçı direktoru Devid Harrisin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib. Görüşdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan-ABŞ, Azərbaycan-İsrail münasibətlərinin inkişafında təşkilatın rolu, eləcə də Dövlət Komitəsi ilə AYK arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Dövlət Komitəsinin sədri Nazim İbrahimov onları yenidən Bakıda görməkdən məmnunluğunu ifadə edib. Nazim İbrahimov qeyd edib ki, Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasında bir neçə il əvvəl başlayan əməkdaşlıq daha da inkişaf edir. Komitə sədri bundan sonra münasibətlərin yüksələn xətlə davam edəcəyinə inandığını deyib: “Devid Harrisin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi bizim əlaqələrin inkişafını və Azərbaycan tərəfinin bu münasibətlərə nə qədər önəm verdiyini göstərir. Amerika Yəhudi Komitəsi Azərbaycan-ABŞ, Azərbaycan-İsrail əlaqələrinin, eləcə də Azərbaycan və yəhudi icmaları arasında münasibətlərin inkişafında, həmçinin Azərbaycanın səsinin dünyaya çatdırılmasında xüsusi rol oynayır”. Daha sonra Azərbaycandakı tolerantlıq münasibətə toxunan Nazim İbrahimov qonaqların diqqətinə çatdırıb ki, Azərbaycan dünyada yəhudilərə qarşı bir dəfə də olsun antisemitizm hallarına yol verməyən yeganə dövlətdir. Dövlət Komitəsinin sədri bildirib ki, azərbaycanlılarla yəhudilər arasında əsrlərdən bəri mövcud olan dostluqdan, qardaşlıqdan çıxış edərək Azərbaycanın səsinin dünyaya çatdırılmasını xahiş etməyə haqqımız var. “Bizim Azərbaycanın dünyaya daha çox tanıdılmasında, ikili standartlara yol verilməməsində, ölkədə gedən proseslərin düzgün şəkildə təqdim edilməsində dostlara ehtiyacımız var".
AYK-nin İcraçı direktoru və nümayəndə heyətinin rəhbəri Devid Harris isə 2008-ci ildən başlayan belə səfərlərin davamlı olacağını deyib. Azərbaycanla əlaqələrin inkişafına önəm verdiklərini deyən D.Harris burada müxtəlif millətlərin birgə yaşamasının, eləcə də uzun illərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına münasibətin yüksək səviyyədə olmasının rəğbət doğurduğunu deyib.
O, Azərbaycan-ABŞ münasibətlərinin, eyni zamanda, İsrailin dostu kimi Azərbaycanla İsrailin ikitərəfli əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib. O, həmçinin Azərbaycanın dünyaya daha çox tanıdılmasına ehtiyac duyulduğunu vurğulayıb: “Biz Azərbaycanı dünyaya daha çox tanıtmalı və təbliğ etməliyik. Azərbaycanın ABŞ üçün nə dərəcədə strateji dövlət olması, İsraillə münasibətlərinin dərinliyi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycandakı tolerantlıq barədə ABŞ cəmiyyətini daha çox məlumatlandırmalıyıq. Biz bu məsələlərin ABŞ-da təbliği üçün əlimizdən gələni etməli, bunları bütün dünyaya daha çox yaymalıyıq”.
Devid Harris ölkəmizin təbliğində xarici kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə kifayətlənməyib, Azərbaycandakı tolerantlığı, reallıqları özlərinin görməsi üçün Avropadan, Amerikadan ictimaiyyət nümayəndələrinin buraya səfərlərini təşkil etməyin vacib olduğunu bildirib. Onun fikrincə, Azərbaycandan ABŞ-a xüsusən buradakı müsəlman, yəhudi və xristian dini liderlərinin müntəzəm səfərləri təşkil edilməli, onlar ABŞ ictimaiyyətini Azərbaycandakı tolerantlıq və dinlərarası xoş münasibət barədə məlumatlandırmalıdırlar.
Daha sonra tərəflər müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib, bu görüşlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini bildiriblər. Görüşdə həmçinin Dövlət Komitəsi ilə AYK arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info