Bərdədə istedadlı uşaqların əl işlərindən ibarət sərgi
Tarix: 02.02.2015 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Texniki Yaradıcılıq Mərkəzində Bərdə rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə istedadlı uşaq və yeniyetmələrin əl işlərindən ibarət Gənclər Gününə həsr olunmuş sərgi müsabiqəsi keçirilib.
Müsabiqədə Texniki Yaradıcılıq Mərkəzinin və Uşaq Yardıcılıq Mərkəzinin dərnək üzvlərinin 150 dən çox əl işləri nümayiş etdirilib.
Sərgidə Bərdə Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov, Təhsil Şöbəsinin metodiki mərkəzin direktoru Xuraman Qurbanova, metodist Sevil Əliyeva, Uşaq Yaradıcılıq Mərkəzinin müdiri Səadət Hüsiyeva, Texniki Yaradıcılıq Mərkəzinin müdiri Nəcibə Rzayeva iştirak etmişlər. Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri, Vahid Şərifovun (yük maşını), Ayxan Nərimanovun (gəmi), Günel Əlizadənin (kosmik raket), Arif Sadıqzadənin (raketdaşıyan maşın), Camal Abdullazadənin (tank) hazırladıqları müxtəlif texnikalar mükafata layiq görülüb.
Sərgidə həmçinin Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri İlknur Qasımovanın (Şuşa qalası), Rəvan İsmayılovun (kibrit çöplərindən hazırlanmış ev), Nərgiz Quliyevanın (buta) hazırladıqları əl işləri mükafata layiq yerləri tutublar.
Qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info