“BMT-nin tərkibində Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün xüsusi statuslu məhkəmə yaradılmalıdır”
Tarix: 02.02.2015 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycanlıların soyqırımı XX əsrin insanlığa qarşı cinayətidir” mövzusunda tədbir keçirildi. Millət vəkilləri, Mətbuat Şurasının nümayəndələrinin iştirak etdiyi tədbirə Moldova Ombudsmanı Aurelia Qriqoriunun gəlişi alqışlarla qarşılandı.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bu il ermənilər tərəfindən uydurma “soyqırımı”n 100 illiyinin qeyd olunacağını xatırladaraq qeyd etdi ki, bu yalanın ifşa olunması və əksinə, azərbaycanlılara qarşı son iki əsrdə törədilən soyqırımların dünya ictimaiyyətinə çatdırılması məqsədilə silsilə tədbirlərə start verilir: “Artıq 200 ildir ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı davam edir. Tarixdən də məlumdur ki, ermənilər Azərbaycanın hər yerində qətliamlar törədiblər, hətta belə bir plan olub ki, bu ərazilərdən azərbaycanlılar qovulsun və ermənilər yerləşdirilsin. Son olaraq, XX əsrin ən böyük faciəsi Xocalı soyqırımını törətdilər. Bizim bu tədbirləri təşkil etməkdə məqsədimiz ondan ibarətdir k, baş verən hadisələri dünya ictimaiyyətinə çatdıraq”.
ATXƏM sədri İlham İsmayılov Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışaraq qeyd etdi ki, ATXƏM bu il fevralın 25-də Brüsseldə Avropa Parlamenti önündə mitinq keçirəcək: “Artıq mitinqin təşkil olunması üçün yerli qurumlara müraciət etmişik. Hər kəs, o cümlədən QHT-lər bu soyqırımın dünyaya çatdırılmasında fəal iştirak etməlidir. Çünki son zamanlar cəmiyyətdə də bu hadisələrə bir laqeydlik müşahidə olunur”.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirdi ki, Azərbaycan dövləti Xocalı soyqırımının tanıdılması istiqamətində əməli fəaliyyət göstərir. Onun sözlərinə görə, soyqırımı ilə bağlı bir sıra dövlətlər ikili standartlardan çıxış edir: “Xocalı faciəsini tanımaq istəmirlər. Ümid edirik ki, tezliklə haqq-ədalət öz həllini tapacaq”.
Moldova Ombudsmanı Aurelia Qriqoriu çıxışında vurğuladı ki, Dağlıq Qarabağda baş verən hadisələr və 20 Yanvar faciəsinə hüquqi qiymət verilməlidir. O bildirdi ki, Xocalı faciəsini törədənlər beynəlxalq məhkəmədə mühakimə olunmalıdır: “Mən bir Ombudsman, parlament vəkili və hüquqşünas kimi deyirəm ki, Xocalı soyqırımını törədən cinayətkarlar İnsan Haqları üzrə Haaqa Məhkəməsində, Beynəlxalq Hərbi Tribunalda mühakimə olunmalıdır. Hesab edirəm ki, BMT tərkibində Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün xüsusi statuslu məhkəmə yaradılmalıdır”. O gecə cinayəti törədənlər indi də sağdırlar, Ermənistan hakimiyyətində rəhbər strukturlarda təmsil olunurlar. 23 il keçməsinə baxmayaraq, bu faciəyə hüquqi qiymət verilməyib”.
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyini sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun sözlərinə görə, iki əsrə yaxındır qonşu saydığımız ermənilər başımıza müsibətlər açıblar. O deyib ki, başımıza gətirilənlərə baxmayaraq, biz hələ də birgə addım ata bilmirik: “Qarabağ məsələsində, o cümlədən ötən il ermənilər tərəfindən girov götürülən azərbaycanlılarla bağlı birlikdə hərəkət etməliyik. Digər bir problem isə ondan ibarətdir ki, tarixi həqiqətlərimizlə bağlı yetərincə kitablar, çap və digər materiallar azdır. Hesab edirəm ki, bu istiqamətdə xeyli işlər görülməlidir, qəzet materiallarında bu kimi məsələlərə üstünlük verilməlidir”.
Tədbirdə DAK sədri Cavad Derəxti, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri çıxış etdilər.
Yekunda tədbir iştirakçıları tərəfindən bəyanat qəbul olundu.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info