“ArmenianReport”: “Ermənistanı digər dövlət tərəfindən təyin olunmuş canişinlər idarə edir”
Tarix: 02.02.2015 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


“Ermənistan hakimiyyəti bizi güllələyir”

“ArmenianReport”da Samvel Oqanesyan Ermənistanın quldur, qəddar hakimiyyəti əlindən bu ölkədə yaşamağın qeyri-mümkünlüyü barədə hiddətli yazı yazıb: “Etiraf edirəm ki,“Ermənistanın kriminal-oliqarx rejimi”ifadəsi mənim də zəhləmi töküb. Amma bu ifadə rejimin bütün iyrəncliklərini açmır.Çünki rejim həm də satqın, antimilli və yalançıdır. Əgər fikirləşsək, bu,ümumiyyətlə,rejim deyil,digər dövlət tərəfindən təyin olunmuş canişinlər dəstəsidir ki, ona yarınmağa çalışırlar.
Srağagün biz bir daha əmin olduq ki, rejim özünün birinci epiteti olan “kriminal”ı tamamilə haqq edir. Bu, Konan Doylun, Edqar Po və ya Aqatanın səhifələrindəki “intellektual” kriminal deyil, qəddar, bandit, oğru jarqonunda danışan kriminaldır. Bizdə narazıları işdən qovmaqla, biznesini əlindən almaqla, inzibati və cinayət işi açmaqla hədələyirlər. Amma son aylarda banditlər açıq şəkldə maskalarını çıxarmağa başlayıblar. Müxtəlif ranqlı oliqarxların “adamları”sırasına yazılmaqla karyera qurmağa çalışan oğlanlar bizi sözün birbaşa mənasında vurmağa başladılar. Ona görə vurdular ki, başımızı bayıra çıxarmayaq, işə qarışmayaq.
Ötən ilin dekabrında bu qabalar Qarabağ müharibəsi veteranları Razmik Petrosyanı və Manvel Yeqiazaryanı döyüblər. Deputat Aram Manukyanı da döyüblər. Fəal Vaqinak Şuşanyan da onlar tərəfindən döyülüb. Yanvarda vətəndaş fəalı Vilen Qabrielyan və onun yoldaşı da döyülüb. Onları oğurlayıb qaçırmağa çalışıblar.
“Təsisçi parlament”in daimi üzvləri, jurnalistlər qeyd edirlər ki, onları hansısa qəribə tiplər izləyir, təxribat törətməyə çalışırlar. Bizə qarşı açıq fiziki təsir göstərilir. Ermənistan və “Arsax” sərhədində “Təsisçi parlament”in bütün üzvəri döyüləndə baş verən ədəbsizliklər nəticəsində bütün gözlənilənlər doğruldu. Fəalları məhz sərhəddə döydülər. “Dağlıq Qarabağ Respublikası” polisi özlərinin “ictimaiyyət nümayəndələri” ilə “rejimsizliyin 100 illiyi”ni qeyd edən fəalların avtokolonuna hücum etdilər. Hərəkatın liderlərindən biri olan Jirayr Səfilyan da bu hücumdan zərər çəkdi. İstərdim ki, söhbəti “qarabağlılar” və “qeyri-qarabağlılar” məcrasına gətirməyim. Burda günahı Qarabağ sakinlərinin üzərinə yıxmaq olmaz. Birincisi, hücum İrəvanın zəngindən sonra edilib. İkincisi isə mən belə “ictimaiyyət nümayəndələri”ndən fərqli olaraq erməni xalqının tərkib hissəsi olan əsl qarabağlıları ayırıram.
Beləliklə, ermənilər erməniləri Qarabağa buraxmadılar. Onların nəyi azərbaycanlılardan yaxşıdır? Azərbaycanlılar da erməniləri Qarabağa buraxmaq istəmir. Onlar da ehtiyatsız erməniləri ölümcül vururlar, yaxın buraxmırlar. Onlar da bizi güllələyirlər. Bəli, Qarabağa gedəndə bizə qarşı güllə səsləri eşidilmədi. Bu güllə səsləri daha öncə - 1999-cu ilin oktyabrında Ermənistan parlamentində, 2008-ci ilin martında İrəvanın mərkəzində və 2013-cü ilin iyununda Horisdə eşidildi. Əlavə olaraq 2015-ci ilin yanvarında Gümrüdə bu səsləri eşitdik. Deyə bilərlər ki, güllə atan Permyakov bu rejimin nümayəndəsi deyil. Cavab verirəm: Birincisi, “Permyakov” bir fenomen kimi rejim nümayəndəsi deyil, amma rejimin qərarlarının “nəticələrindəndir”. İkincisi, uzaq Çitadan olan bu oğlanın günahı hələ sübuta yetirilməyib. Bu işdə olan qeyri-müəyyənliklər hələ aşkarlanmayıb. Burada hər şey ola bilər. Buna görə də təkrar edirəm, bəli, bu ilin yanvarında Gümrüdə də güllə atılıb. Əsas odur ki, bu gülləni ermənilərə atıblar. Və kimsə təminat vermir ki, bu güllələmələr bir daha olmayacaq”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info