Gültac Əlili yenə də “İlin aktrisası” seçildi
Tarix: 02.02.2015 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Gültac Əlili “Teatr sahəsindəki uğurlu fəaliyyətinə görə İlin gənc aktrisası” nominasiyasında mükafata layiq görülüb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, G.Əlili ötən il də Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı aktrisası” mükafatına layiq görülmüşdü.
O, 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr” aktyorluğu fakültəsinə daxil olub, 2009-cu ildə buranı bitirib.
2007-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında artist-vokalist kimi çalışır. İşlədiyi müddətdə “Seytanın yubileyi” (O. Rəcəbov, A. Babayev) tamaşasında Xəyalə, “Qısqanc ürəklər”də (R. Mirişli, M. Haqverdiyev) Leyla, “Milyonçunun dilənçi oğlu” komediyasında (S. Ələsgərov, Ş. Qurbanov) Qonşu qız, “İddialı qaraçı”da (İ. Kalman) Zari, “Amerikalı kürəkən”də (R. Mirişli, M. Haqverdiyev) Reyhan, “Əlin cibində olsun”da (O. Rəcəbov, A. Babayev) Əsmər, “Kələkbazlar”da (S. Ələsgərov, İ. Məlikzadə) Çiçək, “O olmasın, bu olsun” musiqili komediyasında (Ü. Hacıbəyli) Gülnaz, ”Kimdir müqəssir”də (Ə. Haqverdiyev) Bahar rollarını uğurla oynayıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info