Güləşçilərimiz Parisdə keçirilən “Qran-pri” yarışında uğurla çıxış edib
Tarix: 02.02.2015 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


Parisdə güləş üzrə ikinci beynəlxalq “Qran-pri” turniri keçirilib. Turnirdə 30 ölkədən 400-ə yaxın idmançı sərbəst, yunan-Roma, habelə qadın güləşi üzrə öz güclərini sınayıb. Hər üç güləş növü üzrə Azərbaycanı 25 idmançı təmsil edib.
Turnirin ilk günündə 48, 55, 60, 69 kiloqram çəki dərəcəsində qadın, 66, 71, 80, 98 kq çəkidə yunan-Roma, 57, 65, 74, 97 kq çəki dərəcələrində isə sərbəst güləşçilər mübarizə aparıblar. Qadın güləşçilərimiz ilk yarış günündə 2 gümüş medal qazanıb. Alyona Kolesnik (55 kq) və Nataliya Sinişin (60 kq) yalnız final görüşündə uduzaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar. Yunan-Roma güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. 80 kiloqramda mübarizə aparan Elvin Mürsəliyev bütün rəqiblərindən üstün olub. Qazaxıstan, Litva, Polşa və İsveç təmsilçiləri üzərində qələbə güləşçimizə turnirin qızıl medalını qazandırıb. 66 kiloqramda yarışan Kamran Məmmədov finala qədər Portuqaliya, Macarıstan, Avstriya və Polşa güləşçilərini məğlub edib. Final görüşündə Polşanın başqa bir təmsilçisi ilə görüşü məğlub başa vurub və gümüş medalla kifayətlənib. Orxan Nuriyev (98 kq) mübarizəyə Avstriya güləşçisi üzərində qələbə ilə başlasa da, növbəti görüşdə estoniyalı rəqibinə uduzub. Ancaq rəqibinin finala yüksəlməsi güləşçimizə bürünc medal uğrunda yarışmaq şansı verib. O, həlledici görüşdə İsveç təmsilçisi Robert Avanesyanı vaxtından əvvəl üstələyərək bürünc medala sahib olub.
Paris “Qran-pri” turnirinin ilk günündə sərbəst güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazanıblar. 65 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Müslümov və 97 kiloqramda yarışan Olimpiya çempionu Şərif Şərifov bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və turnirin qızıl medalına sahib olublar. Məhəmməd Müslümov ardıcıl olaraq Çindən və ABŞ-dan olan 4 rəqibini mübarizədən kənarlaşdırıb finala yüksəlib. Finalda isə güləşçimiz iranlı rəqibinə heç bir şans verməyib. Olimpiya çempionumuz Şərif Şərifov isə, Kanada, Qırğızıstan və finalda İran təmsilçisini üstələyib və fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Bürünc medalları isə yığmamıza Hacı və Yaşar Əliyev qardaşları qazandırıblar. Hacı Əliyev (65 kq) həlledici görüşdə Macarıstandan olan rəqibini məğlub edib. Yaşar Əliyev (57 kq) isə komanda yoldaşı Mircəlal Həsənzadədən üstün olub. Beynəlxalq “Qran-pri” turnirinin ilk günündə güləşçilərimiz ümumilikdə 3 qızıl, 3 gümüş və 3 bürünc olmaqla cəmi 9 medal qazanıblar. Yarışların ikinci günündə finalda qadın idmançılarımız bir bürünc, yunan-Roma üzrə güləşdə isə idmançılarımız iki bürünc medal qazanıblar. Finala vəsiqə qazanan Camaləddin Məmmədov 125 kq çəki dərəcəsində kiçik üstünlüklə ukraynalı güləşçiyə məğlub olub və gümüş medalla kifayətlənib. Onun komanda yoldaşı Ruslan Dibirhacıyev isə bürünc medala sahib olub. Beləliklə, Azərbaycan güləş komandası Vətənə 3 qızıl, 4 gümüş və 7 bürünc medalla qayıdır.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Prezident Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb
11.10.2019
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
09.10.2019
Azərbaycan Prezidenti: Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, yoxsullar olmamalıdır
03.10.2019
İlham Əliyev: “Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur”
01.10.2019
Prezident: “Mənə də güc verən vətəndaşların dəstəyidir”- YENİLƏNİB

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info