“Azərbaycanda dağ velosiedi parkı artıq hazırdır”
Tarix: 02.02.2015 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


“Bu il dünya velosiped idmanının həyatında kifayət qədər dinamik dövr kimi yadda qalacaq”.
Bu sözləri Avropa Velosipedçilər İttifaqının (UEC) vitse-prezidenti Aleksandr Qusyatnikov dünyanın bir çox güclü komandalarının, o cümlədən “İtera-Katyuşa” (Rusiya), “Astana” (Qazaxıstan), “CCC” (Polşa), habelə Azərbaycanın “Synergy Baku” və dağ velosipedi üzrə yığma komandasının İspaniyada keçirilən təlim-məşq toplanışı zamanı deyib.
O, “Bakı-2015” ilk Avropa Oyunlarını gələcəyə atılan mühüm addım kimi dəyərləndirib. A.Qusyatnikov Avropa Oyunlarının şose velosipedi üzrə yarışlarını belə xarakterizə edib: “Uzun illərdir ki, şose velosipedi üzrə elit yaş kateqoriyasında Avropa çempionatı keçirilmir. Bunu onunla əlaqələndirirdilər ki, dünyanın ən güclü velosipedçiləri Avropada toplaşdığından qitə çempionatının təşkili dünya çempionatının nüfuzuna xələl gətirə bilər. Amma Avropa Velosiedçilər İttifaqının rəhbərliyində edilən dəyişiklikdən sonra 2016-cı ildən etibarən elit yaş qrupunda qitə çempionatının bərpası qərara alınıb. Bu səbəbdən də Avropa Oyunlarında gələnilki qitə çempionatının cizgiləri özünü qabarıq şəkildə büruzə verəcək”.
UEC vitse-prezidentinin sözlərinə görə, Avropanın aparıcı ölkələri qitə çempionatının bərpasına böyük maraq göstərirlər və bu səbəbdən də “Bakı-2015”in proqramına şose velosipedinin salınması onların ürəyincə olub. Azərbaycan paytaxtına kifayət qədər güclü velosipedçilərin gələcəyini vurğulayan A.Qusyatnikov yarışların yüksək səviyyədə təşkil ediləcəyinə əmindir. Bildirib ki, 2014-cü ildə keçirilən “Tour d’Azerbaidjan” veloyürüşü zamanı sonuncu mərhələ paytaxt Bakı küçələrində təşkil edildi və bu variant UEC tərəfindən də böyük dəstək qazanıb: “Builki yarışın 5-ci mərhələsi də eyni marşrut üzrə olacaq və Avropa Oyunları üçün bu variant tam təsdiqlənəcək. Gözəl şəhərin küçələrində yarışmağı kim istəməz? Azərbaycanda beynəlxalq standartlara cavab verən dağ velosiedi parkı artıq hazırdır, BMX stadionunda isə işlər yekunlaşmaq üzrədir. Ümumiyyətlə, Azərbaycanda idman sahəsində mühüm işlər görülür. “Tour d’Azerbaidjan” veloyürüşü zamanı rayonlarda bunun bir daha şahidi oldum. Azərbaycan Prezidenti İlham Əliyevin idmana, o cümlədən velosipedə göstərdiyi qayğı, federasiyanın gördüyü işlər Avropa Velosipedçilər İttifaqı rəsmilərini çox sevindirir”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info