Qərbə qarşı yeni cəbhə-Rusiya-Çin-Hindistan ittifaqı
Tarix: 02.02.2015 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


“JB Press”: “Çin və Türkiyə liderləri ilə yaxşı münasibətlərin hesabına Putin yeni beynəlxalq siyasətin əsasını qoyub. Bir çox dövlət hələ də Rusiyanin siyasətindəki dəyişikliyin miqyasını anlamır”

Qərbin sanksiyalarından sonra Asiya istiqamətində siyasi fəallığını artıran Rusiya alternativ güc mərkəzi formalaşdırmaqla məşğuldur. Elə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Pekin səfərini də bu kontekstdə dəyərləndirmək olar. Maraqlıdır ki, Pekində Çin, Rusiya və Hindistanın xarici işlər nazirləri bir araya gəlib.
“RİA Novosti” xəbər verir ki, nazirlərin görüşündə beynəlxalq münasibətlər sisteminin aktual problemləri, təhlükəsizliyə və sabitliyə təhdidlər və dünya iqtisadiyyatında mövcud olan problemlər müzakirə predmeti olub. Nazirlər əsas diqqəti qlobal idarəetmə sistemində baş verən dəyişikliyə yönəldərək Asiya-Sakit okean regionu ölkələrinin beynəlxalq məsələlərdə rolunun artırılmasının vacib olduğunu qeyd ediblər. O da qeyd edilib ki, son vaxtlar faşizm üzərində qələbədən sonra formalaşan və dünya nizamında mühüm rol oyanyan BMT-nin nüfuzu azalıb. Ona görə də BMT-nin dünya nizamında aparıcı rolu bərpa edilməlidir. Nazirlər regionda yeni təhlükəsizlik modelini formalaşdırmağın vacib olduğunu bildiriblər. Rusiya, Çin və Hindistan beynəlxalq və regional məsələlərdə mövqelərini koordinasiya edəcəklər. Üç dövlətin xarici siyasət idarələrinin rəhbərləri beynəlxalq təhlükəsizliyə yaranan təhdidlərin qarşısının alınması və məlumat mübadiləsi aparılmasının vacib olduğunu qeyd edərək Əfqanıstandakı vəziyyəti də müzakirə ediblər. Məlumatda qeyd edilir ki, İranın nüvə proqramı, Yaxın Şərqdə baş verən qanlı olaylar və Ukrayna böhranı da müzakirə olunan məsələlər sırasında olub. Rusiyalı ekspertlər qeyd edir ki. Moskva Şanxay Əməkdaşlıq Təşkilatının siyasi çəkisinin artırılması və Hindistanın da təşkilata tam hüquqla üzv qəbul olunmasını dəstəkləyir. Kremldə hesab edirlər ki, RHÇ (Rusiya, Hindistan və Çin) formatı beynəlxalq gündəmi müzakirə etmək və müəyyən qərarlar qəbul etmək üçün yaxşı formatdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı ilə ikitərəfli görüş keçirib. Görüşdə qeyd edilib ki, Rusiya-Çin münasibətləri heç vaxt olmadığı qədər yüksəlişdədir. Lavrov görüşdə bildirib ki. Rusiya-Hindistan-Çin üçtərəfli formatı indi siyasi şəraitdə heç olmadığı qədər vacibdir. Çinli nazir bildirib ki, ölkəsinin lideri Rusiya ilə münasibətlərə böyük önəm verir. Nazir Van İ bildirib ki, rəsmi Pekin Rusiya ilə bütün strateji istiqamətlərdə münasibətlərini genişləndirəcək: “İkinci Dünya Müharibəsində qələbənin 70 illik tədbiri dünyaya müsbət impuls verəcək. Biz, demək olar ki, hər gün yenisini yaranan “qaynar nöqtələr”in öhdəsindən gəlməklə yanaşı, beynəlxalq öhdəliklərimizi də unutmamalıyıq”. Lavrovun bu səfərini dəyərləndirən “JB Press” nəşri yazır ki, Qərbin sanksiyalarından sonra Rusiya alternativ variantlar üzərində işləyərək yeni istiqamət seçib. Məqalədə qeyd edilir ki, Putin siyasi gediş edərək Çin və Türkiyə ilə yeni əməkdaşlıq münasibətləri quraraq Avropa İttifaqına qarşı sərt mövqe ortaya qoyub: “Kreml sanksiyalardan sonra Çin və Türkiyə ilə geniş iqtisadi əlaqələr quraraq fərqli xarici siyasət kursu seçib. “Cənub axını” dayandırılarkən çoxları bunun Moskvaya ziyan vuracağını və Putinin reytinqinin aşağı düşəcəyini gözləyirdi. Amma hər şey əksinə oldu, Putin Türkiyəni oyuna qoşdu. Şərqdə Çin, Qərbdə Türkiyə ilə geniş əməkdaşlığa start verildi. Çin və Türkiyə liderləri ilə yaxşı münasibətlərin hesabına Putin yeni beynəlxalq siyasətin əsasını qoyub. Bir çox dövlət hələ də Rusiyanin siyasətindəki dəyişikliyin miqyasını anlamır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Türkiyə hökuməti Beynəlxalq Əfv Təşkilatının “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı hesabatını qərəzli hesab edir
20.10.2019
Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilib
20.10.2019
Bu müxalifət rəhbərləri efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar
20.10.2019
Ölkəmizdə aparılan islahatlar xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edəcək
20.10.2019
Bu gün Dünya Osteoporozla Mübarizə Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info