“Aşağı kredit reytinq”i ABŞ-ın təzyiq vasitəsidir
Tarix: 02.02.2015 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Pol Kreyq: “Rusiya kimi nəhəngi “özündən çıxarmaq” Avropa ölkələri və NATO üçün acı nəticələr verə bilər”

Amerikanın üç əsas reytinq agentliyindən biri -“Standard & Poor`s” Rusiyanın kredit reytinqinin ən aşağı həddə olduğunu açıqlayıb. “Fitch” və “Moody`s” agentlikləri isə hesab edirlər ki, Rusiya investisiya yatırmaq baxımındam əlverişli ölkədir. -“Standard & Poor`s”un dünyanın ən nüfuzlu agentliklərindən biri kimi qəbul edildiyini nəzərə alsaq, onda onların tərtib etdiyi son reytinq Rusiya üçün yaxşı heç nə vəd etmir. Əgər, üç aparıcı agentlikdən biri Rusiyanın iqtisadi-kredit reytinqini aşağı göstərirsə, bu, istər-istəməz xarici kreditorlarda Rusiya ilə bağlı narahatlıq və öz borclarını vaxtından əvvəl ödəməyi xahiş etmək riski yarada bilər. Amma unudulmamalıdır ki, Rusiya hələ də bunların öhdəsindən gəlmək iqtidarındadır. Belə görünür ki, ABŞ reytinq məsələlərində də öz üstünlüyünü nümayiş etdirmək hesabına Rusiya ilə “döyüşür”. Əgər belə olmasaydı prezident Obama “qaydaları biz yaratmalıyıq” - deyə bəyan etməzdi.

Çinin “Dagong” agentliyi: “ABŞ-ın 18 trilyon dollar olan nəhəng borcu ölkənin reytinqinin aşağı olması üçün yetərlidir”

oğrudan da, ABŞ-ın Rusiyaya verməyə çalışdığı qiymət öldürücü də görünmür. Belə ki, bunun bir oyun olduğu ehtimalı yüksəkdir. Bu “oyunda” bəlkə də onunla təsəlli tapmaq olar ki, Çinin “Dagong” agentliyi Rusiyanın kredit reytinqini ABŞ-ın reytinqindən yüksək göstərir. Çin agentliyi qeyd edir ki, ABŞ-ın 18 trilyon dollar olan nəhəng borcu ölkənin reytinqinin aşağı olması üçün yetərlidir. Çinin xarici işlər naziri Van İ imkanlarından çıxış edərək Rusiyaya hər zaman kömək edəcəklərini bəyan edib. Rusiya isə ABŞ tərəfindən “aşağı reytinq” təqdim edilməsini təzyiq vasitəsi, sanksiyaların bir variantı və qorxu yaratmaq forması kimi qəbul edilir. Bu təhdidlərə cavab olaraq Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, Qərb Rusiyanın bank sistemini əlavə cərimələrlə təhdid edir: “Onların növbəti təhdidi “SWIFT” sistemində istismar ödənişləri üzərində qoyduqları məhdudiyyətlərdir. Nə olacağını isə, gözləyib görərik”. Qeyd edək ki, bütün bunlara da münasibət birmənalı deyil. Məsələn, sabiq prezident Reyqanın iqtisadi məsələlər üzrə keçmiş müşaviri olan Pol Kreyq yazır: “Deyək ki, Rusiya hökuməti bəyan edir ki, rus rubluna qarşı hücum siyasi xarakter daşıyır. Məgər siz başa düşmürsünüz ki, valyuta üzərindəki səylərimiz bizə nə qədər problem gətirir. Avropa bank sisteminin dağılmasının əsas səbəbi kifayət qədər kapitala sahib olmamalarıdır. Onların bəziləri üçün əsas kapital mənbəyi Rusiya idi. Ona görə də ödəniş etmək iqtidarında olmayan ölkələrə sadəcə o demək qalır ki, “biz, rus rublunun sabitləşməsini gözləyirik, ödənişi isə bundan sonra edəcəyik”. Kreyq Qərb dünyasının maliyyə sistemindəki zəifliyi gördüyünü aydın tələffüz edir və Rusiya kimi nəhəngi “özündən çıxarmamağı” məsləhət görür. O, iddia edir ki, bunun nəticələri Avropa ölkələri ilə yanaşı NATO üçün də acı nəticələr verə bilər. Bu, hətta Amerikanın da sonu ola bilər. “Əgər ABŞ “SWIFT”i bağlasa, bu, artıq müharibədir” - deyə VTB Bankın rəhbəri Andrey Kostin bildirib.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info