Gənclərin Vətən məsuliyyəti
Tarix: 03.02.2015 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Gənclərin Vətənə, xalqa, milli-mənəvi dəyərlərə sevgisi vətənpərvərlik nümunəsidir. Hər bir gənc bunu özü şüurlu sürətdə dərk etməlidir. Gənclərin Vətən məsuliyyəti onların amalı olmalıdır. Bunun üçün də gənclər arasında daimi maariflənmə aparılmalıdır. Etiraf edək ki, bu gün maariflənmə tam yetərli səviyyədə deyil. Gənclərin milli ruhda tərbiyəsi təhsil ocaqlarından başlamalı və hər bir yeniyetmə şagird ikən cəmiyyətə ictimai fəaliyyət üçün hazırlanmalıdır.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bu məsələ ilə də bağlı tapşırıqlar verib. Dövlət başçısı deyib ki, gənc nəsil milli ruhda tərbiyə almalıdır: “Biz bu illər ərzində bütün əsas tarixi, mədəni, dini abidələrimizi əsaslı şəkildə bərpa etmişik və yenilərini tikmişik. Tariximizi, mədəniyyətimizi gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Yaşlı nəslin də borcudur ki, bax, bu ənənələri yaşatsınlar və gəncləri milli ruhda böyütsünlər”.
Prezidentin fikrincə, bizim tarixi, dini abidələrimiz, mədəniyyətimiz, sadəcə olaraq, memarlıq abidələri deyil: “Bu, eyni zamanda tərbiyə vasitəsidir. Bu gün Azərbaycan müasir, inkişaf edən, ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir”.

“Milli mədəniyyətimizin köklü şəkildə öyrənilməsi vacibdir”

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev bizimlə söhbətində dedi ki, bir millətin varlığını davam etdirməsində və güclü dövlət formalaşmasında ən əhəmiyyətli faktor milli ruhun olmasıdır: “Qloballaşan dünyada isə bu önəmli xüsusiyyətin rolu daha qabarıq şəkildə özünü göstərir. Xüsusilə gənclərimiz arasında milli şüurun formalaşması əsas məqsəd və vəzifələrdən biri olmalıdr. Millətinə, Vətəninə, dövlətinə sadiq bir nəsil yetişməsi üçün tarixi bağlarımızın, milli mədəniyyətimizin köklü şəkildə öyrənilməsi vacibdir. Azərbaycanda bu məsələyə dövlət səviyyəsində göstərilən diqqət sevindirici haldır. Prezident İlham Əliyevin məsələni öz diqqətində saxlaması nəticəsində tarixi, mədəni, dini abidələrimizin əsaslı bərpa işləri aparılıb və onlara yeniləri əlavə edilib”.
R.Vəliyev bu baxımdan gənclərin üzərinə düşən məsuliyyətdən də danışdı: “Millətimizin və dövlətimizin əbədiliyi üçün tarixi, milli və mədəni dəyərlərimizın qorunaraq gələcək nəsillərə ötürülməsi gənclərimizin öhdəsinə düşən məsuliyyətdir. Gənclərimizin qloballaşma adı altında aparılan tarixi və milli dəyərlərdən qoparılma “cərəyanı”na qarşı çox diqqətli olmaları lazımdır”.

“Gənclərin üzərinə
böyük məsuliyyət düşür”

YAP Füzuli rayon təşkilatının Gənclər Birliyinin sədri Tural Nəbiyev bildirdi ki, bu gün Azərbaycanda gənc nəslin milli ruhda böyüməsi üçün çox gözəl şərait yaradılıb: “Prezidentimizin "Gənc nəsil milli ruhda tərbiyə almalıdır " fikri bu gün gənclərimiz üçün dəyərli sözlərdən biridir. Milli dəyərlərimizin qorunması üçün tarixi abidələrimizin qorunması və yenilərinin tikilməsi biz gəncləri çox sevindirir. Mənim yaşadığım Füzuli rayonunun Babı kəndində Şeyx Babı türbəsi var. Türbə 1273-1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikilib. Ancaq türbənin vəziyyəti o qədər də ürəkaçan deyildi. Son dövrlərdə Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə türbə restavrasiya edilir və ətrafında qazıntı işləri aparılır. Bu da biz gənclərin milli ruhda böyüməsinə, tarixi dəyərlərimizin yaşadılmasına öz müsbət təsirini göstərir”. T.Nəbiyevə görə, gənclərin milli ruhda böyüməsi üçün onların öz üzərinə də böyük məsuliyyət düşür: “Prezidentimizin söylədiyi kimi, milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Ona görə ki, biz gənclər Azərbaycanımızın gələcəyiyik. Babalarımızdan qalan adət-ənənələrimiz, qəhrəmanlıq salnamələrimiz biz gənclər tərəfindən yaşadılmalı və gələcək nəsillərə çatdırılmalıdır. Bunun üçün gənclərimizin dövlətimizə sadiq olmaları, vətənimizi sevmələri, vətənpərvər ruhunda yaşamaları vacibdir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info