Nyu Meksiko ştatındakı fəxri konsulumuz Cənub Qaz Dəhlizi haqda çıxışlar edib
Tarix: 03.02.2015 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə, ölkəmizin Nyu Meksiko ştatındakı fəxri konsulu Art MakHaffi Santa Fe Beynəlxalq Münasibətlər Şurasında və Şəhər Neft Klubunda Cənub Qaz Dəhlizi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynayacağı önəmli rol barədə çıxışlar edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, çıxışlarda fəxri konsul Şah Dəniz-2, TAP və TANAP enerji layihələrinin önəmindən bəhs edib və bu layihələrin Avropanın enerji təhlükəsizliyində oynayacağı mühüm önəmi qeyd edib. Fəxri konsul, həmçinin bu enerji kəmərlərinin iqtisadi əhəmiyyətini də diqqətə çatdırıb. O, layihənin reallaşmasında ARDNŞ və BP şirkətlərinin rolunun böyük olduğunu və layihəyə ümumilikdə 45 milyard ABŞ dolları dəyərində investisiya ayrıldığını deyib. A.MakHaffi Azərbaycan qazının Avropa üçün yeni enerji mənbəyi olacağını və bu dəhlizin keçəcəyi ölkələrin iqtisadi rifahına müsbət təsir göstərəcəyini vurğulayıb.
Qeyd olunub ki, A.MakHaffie çıxışında Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq siyasəti barədə də dinləyiciləri məlumatlandırıb.
Çıxışlardan sonra fəxri konsul dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info