Gəncədə gənclərlə işgüzar dialoq keçirilib
Tarix: 03.02.2015 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı 2 fevral- Gənclər Günü münasibətilə YAP Gəncə şəhər təşkilatının qərargahında gənclərlə işgüzar dialoq keçirib.Tədbirdə şəhər rəsmiləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər, tələbələr və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gəncləri bayram münasibəti ilə təbrik edib, onlara daha uğurlu və parlaq gələcək arzulayıb. O, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərin inkişafı və onların vətənpərvərlik ruhunda formalaşması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, dövlət gənclər siyasətinin uğurlu bəhrələrindən, Gəncə gənclərinin qazandığı nailiyyətlərdən söhbət açıb. YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev Gəncə gənclərinin ölkə başçısı, partiyanın sədri İlham Əliyevin ətrafında sıx birləşdiyini , Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi, Gəncənin çiçəklənməsi naminə gənclərin hər bir sahədə böyük fəallıq göstərdiyini bildirib.
Sonra görüşdə iştirak edən gənclər iclas zalında qoyulan açıq mikrofonlarla arzu və istəklərini, təkliflərini bildiriblər. Müraciətlərdə 2016-ci il Avropa Gənclər Paytaxtı təşkilat komitəsinin həyata keçirdiyi tədbirlərlə bağlı könüllülər qrupunun yaradılması, dünya gənc alimlərinin Gəncədə forumunun keçirilməsi, Gəncədə mədəniyyət günlərinin, gənc rəssamların sərgisinin təşkil edilməsi, məktəblərdə valideyn şuralarının yaradılması, məktəb kitabxanalarının zənginləşdirilməsi və digər mühüm məsələlərlə bağlı müraciətlər səslənib.
Görüşdə gənclərin bir sıra problemləri yerindəcə həll olunub, müraciət və təklifləri ilə bağlı müvafiq qurumların rəhbərlərinə, məsul şəxslərə tapşırıqlar verilib.
Gənclər keçirilən görüşdə işgüzarlıq, təşəbbüskarlıq, fəallıq göstəriblər və səmimi söhbətlərdən, doğma münasibətdən məmnun qalıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info