Ukraynadakı diasporumuz QHT Şurasının petisiyasına qoşulub
Tarix: 03.02.2015 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət üçün yaradılan “Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) da qoşuldu. Bu barədə məlumatı UABD-nin sədri Hikmət Cavadov verib.
H.Cavadov bildirib ki, UABD ofisində Gənclər Günü ilə bağlı keçirilən tədbirdə Ukraynadakı aktiv gəncləri bu barədə məlumatlandırıblar: “Petisiyaya Ukrayna ictimaiyyəti, xüsusən də ziyalı təbəqənin cəlb olunması yollarını müzakirə etdik. Ukrayna Azərbaycanlıları Gənclər Təşkilatının aktivlərinə necə səs verməli olduqlarını izah edən vərəqələr paylandı. Bu gündən artıq təhsil ocaqlarında da məlumat yaymağa başladıq”.
Diaspor sədri irəlidəki günlərdə SMS vasitəsi ilə də ismarıc yayacaqlarını bildirib: “Hazırda SMS bankında telefon nömrələrinin monitorinqini aparırıq. Məqsədimiz petisiyaya təkcə gəncləri deyil, həm də Ukraynada yaşayan azərbaycanlılardan ibarət yaşlı nəsli də cəlb etməkdir. Düşünürük ki, bu sahədə təbliğatın coğrafi arealı nə qədər geniş olsa, ümumi işimizə də bir o qədər müsbət təsir göstərəcək”.
H.Cavadov bu gün səhərdən başlayaraq aze.in.ua internet saytında petisiya ilə bağlı çağırış yayımlandığını və bu sayta bağlı sms göndərişlərin saat 12:00-dək baş tutacağını bildirib.


Fuad




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
“Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb”
15.01.2019
“Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə“
15.01.2019
“Bakcell” sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
15.01.2019
Ağsuda MİGAZ-la bağlı maarifləndirici seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info