“Vətənin müdafiəsinə hazıram!” mövzusunda sərgi keçiriləcək
Tarix: 03.02.2015 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə fevralın 10-da “Vətənin müdafiəsinə hazıram!” mövzusunda sərgi açılacaq.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey Sərgi Kompleksində təşkil olunacaq sərgidə 400-ə yaxın rəsm əsəri nümayiş olunacaq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Vətənin müdafiəsinə hazıram!” adlı rəsm müsabiqəsinin yekunu ilə əlaqədar keçirilən sərgidə yaşı 18-ə qədər olan şəxslərin əsərləri təqdim edilir. Sərgidə yer alan bütün əsərlərdə vətənpərvərlik ruhu tərənnüm olunur.
Müsabiqə və sərginin keçirilməsində məqsəd müstəqil dövlətçiliyimizin əsas atributlarından olan Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi nailiyyətlərin, güclü ordu quruculuğu prosesinin əhəmiyyətinin ictimaiyyətə çatdırılması, qəhrəmanlıq nümunələrinin təbliği, Vətənə, xalqa və dövlətçilik ideyalarına hörmət hisslərini gücləndirmək, gənc nəsli milli-dövlətçilik ruhunda tərbiyə etmək, doğma torpağa sədaqət hissini möhkəmləndirmək, hər an Vətənin müdafiəsinə qalxmağa hazırlığı yüksəltməkdir.
Sərginin açılışı günü müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi və rəsm əsərlərindən ibarət kataloqun təqdimatı keçiriləcək.
Sərgi fevralın 14-dək davam edəcək.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info